Murkutuş



Ərzaqlar:



1,5 kq toyuq

4-5 ədəd baş soğan

3-4 dəstə cəfəri

100 q qoz ləpəsi

3 x.q əridimiş kərə yağı

2 x.q abqora

1 x.q şəkər tozu

Ç.q ucunda sarıkök

Duz

Istiot


Hazırlanması:

Toyuğun ətini təmizləyib doğrayıb yuyuruq. Duz, istiot və sarıkök vurub qarışdırırıq. Qazana yığıb üstünə su töküb yarıbişmiş olanadək qaynadırıq.Qaynamağa başlayanda kəfini yığırıq. Bişənə yaxın duzunu tökürük.



Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Soğanın üstünə az su, duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.



Qoz ləpəsini blenderdə ya da maşından keçiririk.



Qovrulmuş soğanın üstünə cəfərini töküb 5-6 dəqiqə qovururuq.



Sonra üstünə toyuğun ətini sudan çıxarıb tökürük. 5-6 dəqiqə qarışdırıb sonra üstünə qoz ləpəsini, abqoranı,şəkər tozunu, duz və istiotu əlavə edib qarışdırırıq.



Üstünə az toyuğun suyundan töküb vam odda bişməyə qoyuruq. Suyu çəkilib yağa düşəndə yemək hazır olacaq.



Yeməyi isti-isti süfrəyə veririk. Bu yeməyi tək ya da düyünün yanında süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (15 fevral 2015 23:19)
İstəyirsinuz bişirin. Nuş olsun.
vusale (10 fevral 2015 01:01)
Qoyun etiyle bisirmek olar?
vusale (10 fevral 2015 00:59)
Xosdadim
Reseptaz (15 yanvar 2015 19:52)
Məlumat üçün təşəkkür edirik.
Turan (14 yanvar 2015 22:32)
Mence, bu Iranin simalinda bisirilen yemekdi. Adi farsca morghe torsh-du, yani tursh toyug qovurmasi
Reseptaz (14 yanvar 2015 21:17)
Çalışarlq. Çox sağ olun.
SMZM (13 yanvar 2015 23:53)
Ilk defedi esidirem bu yemeyi,maraqlidi,cox sag olun,mumkunse nugget ev seratinde nece hazirlanir,yazardiz,cox tesekkur edirem.
Reseptaz (11 yanvar 2015 20:01)
Abqora hazır şüşədə satılandır. Üzüm qorasıdır. Təşəkkürlər.
PERI (11 yanvar 2015 17:30)
maraqlidi.hazirlamaga deyer.abqora-ev seraitinde cekilmis qoradi,bildiyimiz uzum qorasi?yoxsa basqa bir seydi.?zehmet olmasa yazardiniz.onceden tesekkur.
Reseptaz (07 yanvar 2015 21:24)
Dəqiq bilmirik. Kim bilirsə yazsa biz də bilərdik.
gulzar (04 yanvar 2015 11:43)
bu yemək hansısa bölgəyə aiddir? mən ilk dəfədir görürəm

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.