Moruqlu kəsmikli piroq



Ərzaqlar:



Xəmir:

1,5 st un

1 ədəd yumurta

100 q kərə yağı

2 x.q şəkər tozu

İçlik üçün:

600 q kəsmik

100 q xama

4 x.q şəkər tozu

3 ədəd yumurta sarısı

1 x.q mannı

1/2 paket vanil

300 q moruq

Üz üçün:

1 st şəkər tozu

3 ədəd yumurta ağı

1/2 paket vanil


Hazırlanması:

Ələnmiş unla yağı ovuruq.





Şəkər tozunu yumurtanı əlavə edib qarışdırırıq.



Xəmiri düzəldib soyuducuya qoyuruq.



İçliyi hazırlayırıq. Yumurtanın ağını sarısından ayırıb sarısını içliyə əlavə edirik. Ağını isə soyuducuya qoyuruq.



Kəsmiyi yumurta sarısı ilə qarışdırırıq.



Şəkər tozunu əlavə edib yenə qarışdırırıq.



Xamanı əlavə edib qarışdırırıq.



Mannını və vanili əlavə edib qarışdırırıq.





Xəmiri soyuducudan çıxarıb qaba qoyub yayırıq.(Qabın diametri 26 sm) Əgər qabınız yapışandırsa onda yağlayıb un səpib sonra xəmiri qoyub yayarsınız.



Xəmirin üstünə moruğu tökürük.



Sonra içliyi töküb yayırıq. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqəyə bişiririk.



Üzü hazırlayırıq.Yumurta ağını soyuducudan götürüb köpüklənənə qədər mikserlə çalırıq.



Sonra az-az şəkər tozunu və vanili əlavə edib bərkiyənədək çalırıq.



Sobadan piroqu çıxarıb üzlüyü töküb yayırıq. Yenidən sobaya qoyuruq.





Yenidən 10-15 dəqiqə sobada bişiririk. Sonra sobanı söndürün soyuyana qədər içində qalsın.



Tam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nigar (26 may 2015 15:49)
Men bir resept isteyirem..paxlava kimi olur arasinda qoz ve kismis olur...asan paxlava da deyilir hemin sirniyyata..onun resepti var sizde?
Reseptaz (17 avqust 2014 19:16)
Salam. Siz özünüz saytdan baxıb resepti götürə bilərsiniz. Təşəkkürlər.
Ayka (11 aprel 2014 15:56)
Salam men qardawimin imeyline gonderin... Mne napaleon tortunun resepti lazimdir..Xahiw edirem gondererdiz?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.