Mimoza salatı



Ərzaqlar:



1 toyuğun döş əti

1 ədəd kartof

2 ədəd yumurta

1 ədəd kök

150 q pendir

Mayonez

Duz


Hazırlanması:

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra əlimiz ilə uzun liflərə bölürük.



Pendiri sürtgəcin balaca gözündən keçiririk.



Kartofu, kökü və yumurtanı suda bişirib soyuduqdan sonra qabığını soyub sürtgəcin böyük gözündən keçiririk.







Düz qab götürüb (zövqə görə bəzək üçün altına kahı yarpaqları qoymuşuq) 1-ci kartofu töküb yayırıq.



Duz səpib mayonezləyirik.



2-ci kökü töküb duz səpib mayonezləyirik.



3-cü toyuq ətini töküb mayonezləyirik.



4-cü yumurtanı töküb duz səpib mayonezləyirik.



5-ci pendiri səpirik. Salatımız hazırdı.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
ilkin (21 yanvar 2017 13:28)
pendir qoymasaq olar. (zehmet olmasa tez cavab yazin)
ilkin (21 yanvar 2017 13:25)
cox gozel salatdir.
Nigar (21 yanvar 2017 12:04)
yada bilenlerden kim varsa yazardi zehmet olmasa
Nigar (21 yanvar 2017 12:03)
koksuz olar?? xahis edirem bir az tez cvb yazin:)
Fidan (31 dekabr 2016 13:24)
cox beyendim
Fidan (31 dekabr 2016 13:24)
eladi
Elnur (31 dekabr 2016 08:22)
Ela salatdi.Təşəkkür edirem
aysu (22 oktyabr 2016 09:34)
Ela resepdi cox rahat salatdi
Reseptaz (11 avqust 2016 12:16)
Çox sağ olun..
ebru (10 avqust 2016 22:50)
cox gozeldir salatlariniz.Reseptlere gore teşekkurler.
shaboli (07 iyul 2016 18:55)
superdi
Reseptaz (06 iyul 2016 20:47)
İnş. yaxşı alınar..
sueda (06 iyul 2016 05:35)
cox sagolun bugun edecem inwallah gorey nece alinir :)
Reseptaz (05 iyul 2016 09:34)
Salam, kaşar pendiridir.
sueda (05 iyul 2016 03:02)
adi pendirdi o yoxsa kawardi ???
aynur (05 aprel 2016 18:49)
Tesekkur basqa maraqli saladlaru da qoyun
Reseptaz (22 mart 2016 10:43)
çox sağ olun
meri (21 mart 2016 14:35)
yaxwi sayitdir
meri (21 mart 2016 14:34)
tewekkurler bu gozel salat reseptleri ucun
gunel (18 mart 2016 22:14)
salam toyugun dos eti ne qeder olmalidir
Reseptaz (14 mart 2016 22:31)
Salam.Holland pendiridir.Nuş olsun.
Xedice (14 mart 2016 14:05)
Salam xanim xaiw edirem deyerdiniz salatin ustundeki ne pendirdi???
Aysel (10 mart 2016 10:10)
Salamlar bu salatdan xowum geldi gozel gorunur. Xanim mutleqdi ustune holland pendiri tokmey bawqa neise tokmek olarmi???
aygul (05 mart 2016 00:51)
hm,zehlem gedir bu salatdan. emeyinize gore ise tesekkur
asdf (02 yanvar 2016 13:26)
cok dadli
nigar (31 dekabr 2015 13:00)
twk
Reseptaz (19 dekabr 2015 16:46)
tesekkurler
sadiq (18 dekabr 2015 22:49)
cox eladi xowuma geldi sayt
Reseptaz (09 noyabr 2015 11:41)
salam, holland pendiridir, markasi yadimda deyil
jale (09 noyabr 2015 00:04)
Salam Ne pendiri vurmusuz siz??? Bilmek olar?
Reseptaz (20 sentyabr 2015 22:44)
isteseniz vura bilersiniz
Gunel (20 sentyabr 2015 14:23)
Bir sual verim, qoz elave etmek olar?
Reseptaz (14 sentyabr 2015 13:16)
nush olsun
nermin (14 sentyabr 2015 09:55)
hazirladim cox gozel oldu
anzelaaaaaaaaa (21 iyul 2015 16:43)
eladi ama pendirin yerne qoz toke bilerik
s.s (11 iyul 2015 20:07)
Mimoza salatini çox sevirem dadlidir.amma goresen qozsuz dadi necə olur.xahiş eleyirem hazirlayanlar dadini desin.birde neçə neferlikdi bu salat
s.s (11 iyul 2015 19:54)
Bu erzaqlarin hamisi 5dene etsek neçə nəfərlik olar?xahiş edirem cavab yazin
guler (31 may 2015 16:13)
450neferlik paytaxt ve mimoza salatini reseptin yaza bilersiz?
reyhan (30 may 2015 17:38)
salam biz mimoza salatini qutarandan sonra usdune qoz da qoyuruq. onda da dadli olur
Reseptaz (13 may 2015 22:15)
bunu 5 neferlik qebul etsek, 50 nefer ucun erzaqlari 10 defe artirin,

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.