Meyvəli tort - 2



Ərzaqlar:



6 ədəd yumurta

1 st un

1 st şəkər tozu

1 paket vanil

1 paket qabartma tozu

Krem və bəzəmək üçün:



Krem üçün:

200 q qaymaq

1 st şəkər rozu

200 q kəsmik

1 paket vanil (zövqə görə)

Bəzək, arası və üzü üçün:

Müxtəlif meyvə və giləmeyvələr

Qoz ləpəsi

1paket tort üçün jelatin


Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.



Şəkər tozunu az-az töküb yenə çalırıq. Vanili əlavə edib çalırıq.



Sonra yumurta sarılarını töküb çalırıq.



Unu və qabartma tozunu yumurta qarışığının üstünə töküb qaşıqla qarışdırırıq.



Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük.



180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.



Soyuduqdan sonra biskviti ikiyə bölürük.

Kremi adi qaydada mikserlə çalıb hazırlayırıq.



Kremin içinə zövqə görə istəsəniz moruq əlavə edə bilərsiniz.



Biskvitin bir layına kremdən çəkib qoz ləpəsi töküb zövqə görə istədiyimiz meyvələrdən doğrayıb tökürük.

Sonra ikinci layı qoyub yanları və üstünü kremləyirik.

Tortu qabın içinə salıb üstünü meyvələrlə bəzəyirik.



Jelatini hazırlayıb ilıq olanda meyvələrin üstünə tökürük. Sonra tortu soyuducuya qoyuruq.Jelatin bərkiyəndə tortu qabdan çıxardırıq. Bir neçə saatdan sonra tortu kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Lale (20 iyun 2017 13:56)
salam ressept az coox xaiw edirem sizden deyerdiz men tortun uzerine ciyelek ve banan qoymaq isteyirem ancaq qaralir ne edim??burde bu jelatini adiarketlerden alirsiz??nece ahzirlayirsiz??coox xaiw edirem tez cavab yazin
Lale (20 iyun 2017 13:56)
salam ressept az coox xaiw edirem sizden deyerdiz men tortun uzerine ciyelek ve banan qoymaq isteyirem ancaq qaralir ne edim??burde bu jelatini adiarketlerden alirsiz??nece ahzirlayirsiz??coox xaiw edirem tez cavab yazin
Ayka (03 sentyabr 2015 09:58)
Menim 11 yasim var bisire bilirem bu tortu? xais edirem cavab verin
Reseptaz (16 aprel 2015 20:26)
Reseptlər müxtəlif olur 4 yumurta ilə 6 yumurtanın fərqi odur ki yumurta çox olanda tort daha yüngül olur. Təşəkkürlər.
nara (14 aprel 2015 12:01)
salamalr.bır sey sorusmag ısteyırem.men 4 yumurta vurandada torta 1 st un goyuram.6 yumurta vurdugda yene 1 st un goymag lazımdır.
Reseptaz (19 mart 2015 23:37)
Nəzərə alacağıq. Təşəkkür edirik.
mehbule (21 fevral 2015 21:40)
Jekatinin hazurlamnasini siz deye bilersiz zehmet olmasa,bezen aldigimiz jelatinde aydin yazilmir hazirlanmasi.onceden tesekurler,sizin sayenizde oyrenirik
Reseptaz (28 yanvar 2015 22:35)
Olar. Ancaq meyvə ilə bu krem daha yaxşı olur. Nuş olsun.
melek (26 yanvar 2015 16:19)
Basqa kremle elemek olar
melek (26 yanvar 2015 16:18)
Cox gozeldi
Reseptaz (07 dekabr 2014 20:34)
saıam.ulkerin qaymaqlarından istifadə edə bilırsiniz.nuş olsun.
aynur (07 dekabr 2014 19:03)
krem hazirlamaq ucun hansi qaymaqdan istifade olunur marka olaraq?
Reseptaz (06 dekabr 2014 14:41)
Salam.jelatini tökməyə də bilərsiniz.nuş olsun.
jale (06 dekabr 2014 01:00)
Salam jelatin istifade etmesem olarr? Evellceden twk
gulzar (05 dekabr 2014 23:47)
çoooooox sağolun....təşəkkürlər.
Reseptaz (04 dekabr 2014 22:51)
Salam. Tort üçün jelatinlər var bir də soyuq qəlyanaltılar jeleker hazlrlamaq üçün. Mən üstündə tort üçün jelatin olandan istifadə etmişəm. Üstündə də hazırlanması yazılır. Çox rahatdır. Mağazadan alıb hazırlayarslnız. Hazırlayan kimi ilıq olanda hazır tortun meyvələrinin üstünə töküb soyuducuya qoyarsınız. Təşəkkür edirəm.nuç olsun.
lena (30 noyabr 2014 16:16)
Hazirlayacam mutleqqq
lena (30 noyabr 2014 16:13)
Coxx super gorunur
gulzar (30 noyabr 2014 14:13)
sizdən bir şey soruşmaq istəyirəm. dükanlarda satılan tortların üzərindəki jelatin , dükanlarda satılan jelatinə bənzəmir.sizcə həqiqətəndə jelatinlər fərqlidir...
Reseptaz (29 noyabr 2014 23:01)
tesekkur edirem
lady (29 noyabr 2014 11:39)
Əla son vaxtlardı möhtəşəmsiz super yeməylər bişirirsiz hər zamanki kimi.Çoxxxxxxxxxxxxxxxxxxxxxx sağolun əliniz qolunuz var olsun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.