Meyvəli badamlı piroq



Ərzaqlar:



Xəmir üçün:

1/2 st şəkər tozu

100 q kərə yağı

2 ədəd yumurta

1 paket qabartma tozu

1 paket vanil

2,5 st un

Ovuntu üçün:

100 q kərə yağı

1/2 st şəkər tozu

100 q badam

1,5 st un

İç üçün:

15 ədəd gavalı (500 q)

3 ədəd şaftalı (300 q)


Hazırlanması:

Xəmiri hazırlamaq üçün yumşaq kərə yağı ilə şəkər tozu və vanili qarışdırırıq.



Sonra üstünə yumurtanı əlavə edib yenə tam qarışanadək qarışdırırıq.



Qabartma tozunu və unu əlavə edib yumşaq xəmir düzəldirik. Xəmiri bir kənara qoyuruq.



Piroqun üstünə ovuntunu düzəltmək üçün badam ləpəsini xırdalıyırıq. (Blenderdə ya da iri gözlü maşından keçiririk.)



Yağı ilə unu ovuruq.



Ovuntunun üstünə şəkər tozunu və xırdalanmış badamı əlavə edib yaxşı qarışdırırıq.



Meyvələri yuyub şaftalının qabığını soyub xırda doğrayırıq. Gavalını da xırda doğrayırıq.



İçlik də hazır olduqdan sonra diametri 28 sm olan qab götürüb xəmiri içinə qoyub yanlarına (2 sm) çıxmaq şərti ilə yayırıq.



Xəmiri yaydıqdan sonra meyvələri tökürük.



Sonra meyvələrin üstünə hazırladığımız üstlük üçün olan ovuntunu səpitik.



180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.



Piroq ilıq olanda qabdan çıxardırıq. Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Kəsmikli piroq 5
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 1/2 st şəkər tozu 3 st un 2 ədəd yumurta 2 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil İçlik üç
.Hazır paxlavalıq yuxadan şöbiyet
(Türk mətbəxi) Ərzaqlar: 1 paket paxlavalıq yuxa 200 q kərə yağı İçlik üçün: 250 q çəkilmiş fındıq ləpəsi 2 st süd 1/2 st irmik Şərbət üçün:
.Qozlu burma paxlava
(Türk mətbəxi) Ərzaqlar: 18 ədəd hazır paxlavalıq yuxa 250 q çəkilmiş qoz ləpəsi 200 q kərə yağı Şərbət üçün: 2 st şəkər tozu 2 st su Ha
.Zebra keksi 4
Ərzaqlar: 1 st qatıq 1 st şəkər tozu 3 ədəd yumurta 3 x.q kakao 1 paket qabartma tozu 1 paket vanil 2 st un Hazırlanması: Yumurtanı bir q
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 dekabr 2014 22:34)
reseptdə yazılan kimi hazırlasanız yaxşı olar.Təşıkkürlər.
gülnar (15 oktyabr 2014 14:43)
Birinci un əlavə olunur yoxsa yumurta. Əgər yumurta birinci əlavə olunsa pesoku isdiliyində bişməz?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.