Meyvə qurularından şokoladlı toplar



Ərzaqlar:



90 q şokolad

100 q qara kişmiş

100 q qaysı

100 q kakaolu ya da sadə qurabiyə

Üstü üçün istədiyiniz ərzaqlardan istifadə edə bilərsiniz. (qoz ləpəsi, şokolad, kakos vəs.)


Hazırlanması:

Kişmişi qaysını təmizləyib yuyub solfet ilə qurulayırıq.

Şokoladı, qaysını, kişmişi və qurabiyəni ət maşınından keçiririk.



Yaxşı qarışdırdıqdan sonra əlimiz ilə balaca toplar düzəldirik.

Düzəltdiyimiz topların hər tərəfini çəkilmiş qoz ləpəsinə batırırıq.




Hamısını bu şəkildə düzəldirik. Hazırladıqdan sonra soyuducuda ən az yarım saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (17 noyabr 2014 22:14)
Salam. Eti kakaolu qurabiyədən istifadə olunub. Təşəkkürlər.
Yasemin (31 avqust 2014 11:33)
ela reseptdir usaqlar ucun super olar amma men bilmek isterdim hansi kurabiyyeden istifade etmisiniz
Reseptaz (29 avqust 2014 23:25)
Sualı başa düşmədim nə demək istəyirsiniz,
ALARA (29 avqust 2014 17:42)
salam men sudu nece qatilasdiracagimi bilmek isteyirem
Reseptaz (26 avqust 2014 00:30)
Nuş olsun.Təşəkkür edirik.
Solmaz (24 avqust 2014 18:19)
super gorsenir. goresen dadi necedi? duzeldecem lap maraqli oldu
Reseptaz (21 avqust 2014 12:41)
Nuş olsun.
senemgulu (21 avqust 2014 11:07)
tesekur edirem mende bisirmisdim cox xosuma geldi
Reseptaz (17 avqust 2014 18:35)
Salam. Digər bölməsində istədiyiniz resept vardır.Buyurub baxa bilərsiniz.
Lady (04 avqust 2014 16:09)
Salam mən kəsmikli krem resseptin bilmək istərdim

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.