Mərci şorbası



Ərzaqlar:



1 st qırmızı mərcimək

2 ədəd baş soğan

1 ədəd kök

1 ədəd kartof

1 x.q pomidor məti (tomat)

1 x.q quru nanə

4 x.q zeytun yağı

6 st su (2 st ət suyu və 4 st adi su götürə bilərsiniz)

Duz

Istiot

1 ədəd limon


Hazırlanması:

Bütün tərəvəzləri təmizləyib yuyuruq. Mərciməyi də təmizləyib yuyuruq.

Soğanı,kartofu və kökü xırda doğrayırıq.







Soğanı, kartofu, kökü və mərciməyi qazana tökürük.



Üstünə suyun yarısını töküb yeməyi ocağa qoyuruq. (Ət suyu ilə olduqda şorba daha dadlı olur)



Qaynadıqda kəfini yığırıq. Tərəvəzlər bişdikdə yeməyi ocaqdan götürüb blenderdən keçiririk. Sonra qalan suyu yeməyə əlavə edib yenidən ocağa qoyuruq.



Zeytun yağını tavaya töküb qızdırırıq. Sonra pomidor mətini töküb qovururuq. 3-5 dəqiqə sonra nanə qurusunu da əlavə edib 2-3 dəqiqə qovurub götürürük.



Qovurduğumuz nanəli pomidor mətini yeməyə əlavə edib, zövqə görə duz və stiotunu da töküb 10-15 dəqiqə bişiririk.Yeməyimiz hazırdı.Şorbanı süfrəyə verdikdə yanında limon veririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Zamiq (13 noyabr 2016 01:03)
Bu Mərci şorbasınin elə bir resepti yoxdu ki blenderden ya heç hardan keçirməyək? Sadəcə bişirmək olsun da blender çətin söhbətdi. Həmdə yoxdu))
Reseptaz (27 yanvar 2016 16:46)
elbetde vura bilersiniz
Elnare (27 yanvar 2016 12:34)
Reseptaz tomatim yoxdu onun evezine pomidor vura bilerem. Nolar tez cvb yazib
Reseptaz (02 sentyabr 2015 23:04)
Bulyon. Sümüklü əti qaynadıb suyunu göturürük. Belə sulu yeməklərdə istifadə edirik.
Leman (24 avqust 2015 14:43)
Salam.Et suyu nedir?
Zahide (14 iyul 2015 04:52)
Resept.az
Reseptaz (05 may 2015 09:19)
nuş olsun
Farida (02 may 2015 23:55)
Ela alindi. Tewekkur
Nemiw (01 may 2015 13:39)
Amin.tewekkur
Reseptaz (30 aprel 2015 13:10)
çox sag ol. təşəkkürlər, Allah səni xoşbəxt etsin.
Nemiw (30 aprel 2015 10:08)
Men niwanliyam.toyuma 3 ay qalir.qaynanam mende dadli yemeker ve wirniyatlar biwirmeyi oyrenmeyimi isdiyir.evvelce cetin gelirdi ama Resept.az mene cox komeklik edir.bu yemekleri hazirlayib bize teqdim edenleri Allahim butun arzularina catdirsin.
Nemiw (30 aprel 2015 09:59)
ozumun en sevdiyim yemeydi..biwirirem.burda gorende ise ona gore sevindim ki,mende eynile bucur biririrem ama kok istifade etmirem.Resept.az superdi
Reseptaz (04 dekabr 2014 22:25)
nuş olsun.
AFAQ (03 dekabr 2014 13:25)
birinci defe bisirecem axsama INSALLAH nece cixsa gelib yazacam.gorem erim beyenecek???
Reseptaz (21 avqust 2014 01:04)
Salam. Nuş olsun.Zövqə görə sarımsaq tökə bilərsiniz.Yanıq dad nə etsəniz də gələcək. Bişirdikdə üstündə durun çox bişirib yandırmayın.
aygun (21 iyul 2014 19:33)
yaa uf men tomatla naneni cox qizartdim bilmeden sorbadan yaniq iysi gelir ne qatim yaniq iysi gelmesin
sebine (21 iyul 2014 19:22)
sorbaya sarimsaq qatmaq olar?
jale (25 oktyabr 2013 23:31)
choox gozeldi
lale (23 oktyabr 2013 19:57)
cox sagolun merci sorbasina gore
xatiw (22 oktyabr 2013 18:51)
ela yemeklerdi lap wiwdiiiiimmmmmm :)
nezaket atakishiyeva (22 oktyabr 2013 13:40)
Çox gözəl görünür.Dadlı həm də vitaminli .Bəyəndim
User (22 oktyabr 2013 11:03)
Cox gozel , cox sagolun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.