Mərci şorbası 2



Ərzaqlar:



1 st qırmızı mərci

1 st yaşıl mərci

3 x.q əridilmiş kərə yağı

2 ədəd orta baş soğan

1 ədəd kök

3 diş sarımsaq

1 x.q pomidor məti

2 l ət ya da toyuq suyu

Duz

Istiot

Limon

Hanə qurusu


Hazırlanması:

Mərçiməkləri təmizləyib yuyub suda 4-5 saat saxlayırıq.



Sonra suyun üstünə ət ya toyuq suyunu əlavə edib bişməyə qoyuruq. Mərcimək bişdiyi müddətdə soğanı soyub yuyub xırda doğrayırıq.





Doğranmış soğanı tavada yağda qızılı rəngdə qızardırıq. Sarımsağı təmizləyib yuyub xırda doğrayıb soğanın üstünə əlavə edirik. Kökü təmzləyib yuyub xırda doğrayırıq. Kökü də soğan qovurmasına əlavə edirik. Pomidor mətini də töküb qarışdırırıq.



2-3 dəqiqə qarışdırıb az ət suyundan töküb vam odda bişməyə qoyuruq.



Kök bişdikdə soğan qovurmasını mərcinin üstünə əlavə edirik. Duz və istiotunu da əlavə edirib bişməyə qoyuruq. Qatı olsa əlavə su tökə bilərsiniz.



Hazır olmağa 15 dəqiqə qalmış blenderdən keçiririk. Yenidən ocağa qoyub bişirib götürürük.



Nuş olsun!

OXŞAR YAZILAR
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Turanə (13 iyun 2016 21:51)
beh beh beh. superrrrrrrrrrrrr
Reseptaz (24 noyabr 2015 13:09)
asan, tez basha gelen ve dadli bir reseptdir. umid edirem hamida yaxsi alinir
gunay (23 noyabr 2015 16:50)
men bisirmekden cox yemeyi sevirem
yegane (21 avqust 2015 20:59)
Mən eləmişəm amma sarımsaq vurmamışam.Birdə təkcə qırməzı mərciylə eləmişəm.Əla çiıxıb.
Gozel Uluxanova (01 iyun 2014 19:38)
Hazır olmağa 15 dəqiqə qalmış blenderdən keçiririk. Yenidən ocağa qoyub bişirib götürürük.
lale (21 may 2014 11:34)
Cox gozel qoxusu ve tami var.tesekkur.bir az limon duzu da qatmaginizi meslehet gorerdim
saray (14 aprel 2014 22:55)
en dadli yemeek tarifleri

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.