Mərci plov



Ərzaqlar:



500 q xırda doğranmış qoyun əti

3 st üzün düyü

1 st yaşıl mərci

3 x.q əridilmiş kərə yağı

3 ədəd baş soğan

Ç.q ucunda darçın

Ç.q ucunda zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Mərcini təmizləyib yuyub 2-3 saat suda islağa qoyuruq. Sonra bir də yuyub duzlu suda yarımhazır vəziyyətdə bişiririk. Süzüb sudan çıxarırıq.



Düyünü də təmizləyib yuduqdan sonra suda islağa qoyuruq. Zəfəranıın üstünə qaynar su töküb dəm almağa qoyuruq. Qatığı yumurta ilə qarışdırırıq.



Adi qaydada duzlu suda düyünü yarımhazır vəziyyətdə bişiririk. Süzmək istədikdə mərcini düyünün üstünə əlavə edib qarışdırıb bir yerdə süzürük.



Üstünə zəfəran suyu tökürük.



Qazana az yağ töküb əridirik.Süzülmüş düyüdən töküb qatıq ilə yumurta qarışığını da əlavə edib qarışdırırıq.Qazanın dibinə qalınlığı 1 sm yayıb hamarlayırıq.



Düyü ilə mərci qarışığını qazmağın üstünə töküb yağ əlavə edib dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.



Aşın üstü üçün əti duzlu suda bişiririk. (Bəzən də əti duzlayıb istiotlayıb yağda qızardıb üstünə az su ya bulyon əlavə edib bişiririk.Yağa düşəndə ədəvaları vururuq.)

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.



Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qızardırıq.



Sonra bişmiş əti soğanın üstünə əlavə edib qovururuq. Hazır olmağa az qalmış duzunu, istiotunu, darçını və az zəfəran suyunu da əlavə edirik.



Əti qovurduqdan sonra dəm almış düyünü qaba təpəcik şəklində yığıb üstünə qazmaq və ətdən töküb qaynar yağ əlavə edib zövqə görə bəzəyib süfrəyə veririk.





Qeyd: Bu plovda ət ilə bərabər kişmiş də yağda qovrulub yeyilir.

 

 Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nilay (12 may 2015 23:17)
Sizin bişirdiyiniz də superdi inanıram ki dadı da gözəldi. Minnətdaram.Tşk.....
Nilay (12 may 2015 23:15)
Salam nənəm bu plovu çox dadlı bişirir. Mən mərci plovdan çox dadmışam və dadına da heyran qalmışam!!! Bizim ailədə demək olar ki həftədə 3-4 dəfə plov bişirilir və hamı çox sevir...
Reseptaz (03 mart 2014 23:48)
Azərbaycanın milli plov növridir. Təşəkküər.
aska (03 mart 2014 23:46)
bu plovu ilk dəfədi görürəm-mütləq pişirəcəm-təşəkkürlər!
aska (03 mart 2014 23:45)
bu plovu ilk dəfədi görürəm-mütləq pişirəcəm-təşəkkürlər!

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.