Məktub börəyi



Ərzaqlar:



4 ədəd börək yuxası

300 q qiymə

1 st zeytu yağı

1 st süd

1 yumurta

1 ç.q çörəkotu

1 ç.q küncüt

1 dəstə cəfəri


Hazırlanması:

300 q çəkilmiş ət 1 ədəd baş soğan ət maşınından keçirib yağda qovururuq. Duz və istiotunu da əlavə edirik. Soyuduqdan sonra cəfərini təmizləyib yuyub xırda doğrayıb qarışdırırıq.

Süd ilə yağı qarışdırıb yuxanın birini sərib üstünə çəkirik.



Yuxanı hər tərəfdən şəkildəki kimi qatlayırıq. Elə qatlayırıq qatlanmış yuxa kvadrat olsun.



Yuxanı dörd yerə bölüb içlik qoyuruq.



Şəkildəki kimi bükürük.



Börəkləri kağız sərib ağzı aşağı qaba yığırıq. Üzünə yumurta çəkib çörək otu və küncüt səpirik.



200-210 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (19 avqust 2014 12:39)
Salam. Börək yuxası adi az təpidilmiş yuxadır. Təşəkkürlər.
Savida (01 aprel 2014 18:37)
salam sebirsizlikle borek yuxasinin hazirlanma qaydasini gozleyirik sizden evvelceden tewekkurler
Reseptaz (04 fevral 2014 22:43)
Salam. Tezliklə sayıtımıza yerləşdirəcəyik.
Xəyalə (30 yanvar 2014 16:31)
Salam aleykum. Börək yuxasının hazırlanma qaydasını deyə bilərsinizmi zəhmət olmasa. Təşəkkürlər.
Reseptaz (28 dekabr 2013 10:31)
nush olsun.
seide (27 dekabr 2013 23:51)
men hazirladim qesey alindi evdekiler barmaglarini yediler
Reseptaz (06 dekabr 2013 14:11)
adi yuxadan da etmek olar, bir de zeytun yagi yoxsa diger bitki yagindan istifade etmek olar
jale (06 dekabr 2013 12:40)
hazir alinma yuxa yox adi xemir yuxasindan etmek olar
aysel (06 dekabr 2013 11:55)
zeytun yagi olmasa olar?xahiw edirem cvblandirardiz sualimi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.