Mayalı pizza xəmiri-2



Ərzaqlar:



2 st un

1ç.q maya

1 ç.q şəkər tozu

1/2 ç.q duz

2 x.q bitki yağı

3/4 st ilıq su

Yaymaq üçün əlavə 1-2 x.q un


Hazırlanması:

Əvvəlcə şəkər tozu ilə mayanı qarışdırıb yarı su ilə həll edib 10-15 dəq saxlayırıq.



Unu bir qaba töküb ortasına yağı tökürük və üstünə duzu səpirik.Mayanı və suyu da əlavə edib qaşıqla qarışdırırıq.



Sonra əlimiz ilə normal xəmir yoğururuq.



Xəmiri isti yerdə 1 saata saxlayırıq.Sonra xəmiri iki hissəyə bölüb yenə yarım saat saxlayırıq.



Hazır xəmir kündələrini diametri 26 sm enində yayıb üstünə istədiyiniz şəkildə ərzaqlardan yığıb pizza bişirə bilərsiniz.

Nuş olsun!


OXŞAR YAZILAR
.Əriştə xəmiri
Ərzaqlar: 2 st un 1 ədəd yumurta 1/2 ç.q duz 1/2 st ilıq su Hazırlanması: Unu bir qaba ələyirik. Unun üstünə duz, yumurta və su əlavə ed
.Qlazur
Ərzaqlar: 100 q kərə yağı 1/2 st şəkər tozu 3 x.q xama 4 x.q kakao Hazırlanması: Bütün ərzaqları bir qaba tökürük. Qabı qazın
.Dəmlənmiş krem
Ərzaqlar: 6 ədəd yumurtanın sarısı 1 st süd 1 st şəkər tozu 1 x.q un 1/2 paket vanil 200 q kərə yağı Hazırlanması: Əvvəlcə şək
.Krem
Ərzaqlar: 250 q kərə yağı 1 ədəd yumurta 1 x.q un 1 x.q kartof nişastası 1,5 st süd 1 st şəkər tozu 1 paket vanil Hazırlanması
.Tort üçün şirə
Ərzaqlar: 1/3 st şəkər tozu 1/3 st su Ç.q ucunda vanil Hazırlanması: (Bu ölçülər bir tort üçün nəzərdə tutulub.) Şəkər tozu su və va
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz



Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.