Lobyalı aş



Ərzaqlar:



3 st uzun düyü

1 st lobya

3 x.q əridilmiş kərə yağı

Duz

Qazmaq üçün:

1 ədəd yumurta

3 x.q  qatıq

Üstünə tökmək üçün:

Bəhməz

Şəkər tozu


Hazırlanması:

Lobyanı qabaqcadan 2-3 saat suya qoyub isladirıq. Sonra adi qaydada su toküb tam bişənə qədər qaynadırıq.

Bişmiş lobyanı sudan çıxardıb süzürük.

Böyük qazanda su qoyuruq. Suya duz tökürük. (7 litrlik qazana 3-dolu x.q duz)

Qaynayanda yuyulmuş düyünü toküb bişiririk.

Düyünü tökən kimi qarışdirin ki, bir birinə yapışmasın.

Düyü tam bişməmiş süzmək istəyəndə bişmiş lobyanı qazana əlavə edirik.

Qarışdırıb süzürük.



Qazmağı hazırlayırıq. Qatıq ilə yumurtanı çalırıq.



Qazana az yağ töküb əridirik.



Bişmiş düyü qarışığından az töküb qatıq qarışığı əlavə edib qazanın dibinə yayıb tarazlayırıq.



Qalan düyünü üstünə əlavə edib yağ töküb dəm almağa qoyuruq.



Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdır.

Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir, üstünə qazmaq qoyulur və yağ tökülür.

Yanında isə bəhməz və şəkər tozu verilir.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (08 noyabr 2016 08:51)
Salam, 4 stekan üçün böyük qazan işlədin ki, əzilməsin. hardasa 7lt.lik qazanın yarısından çoxunu doldurun
fidan (07 noyabr 2016 10:52)
salam resept.az men birlikde bisirende xosum gelir, meselen lobya tokulur suya biraz yumsalandan sora duyude tokulur bir yerde bisirler su bitenedek sora deme qoyulur ama deqiq bilmirem ne qeder su tokulur, meselen 1st lobya ve 3 st duyudurse ne qeder su tokmeli? deseniz sevinerem cunki bugun bisirecem
Mira (20 mart 2016 13:20)
Cox gözəl görünür.amma pesok bəhməz yaxşı deyil
Reseptaz (24 noyabr 2014 20:25)
Nuş olsun.
xeyal (20 noyabr 2014 10:06)
ela piovdu,mende bisirecem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.