Lobya



Çeşidindən aslı olmayaraq,lobya çox faydalı və dadlıdır.

Lobya tərkibinin zənginliyi ilə əti əvəz edir.

Baxmayaraq ki, ət heyvan, lobya isə bitki mənşəli ərzaqdır.Zülal, vitamin və mikroelementlər tərkibinə görə bi iki ərzaq növü çox oxşardır.

Tez doyma hissi lobyanın tərkibindəki çoxlu miqdarda olan zülal sayəsində əmələ gəlir.Bundan başqa onun tərkibində karbohidart, amin turşuları, B qrup vitaminləri və C vitamini, mineral maddələr; natrium, kalium, kalsium mövcuddur. Alimlər təsdiqləyir ki, müntəzəm olaraq lobyalı yeməklər yeyən insanlar həmişə mülayim xasiyyət və sakitdir-axı lobya sinir sisteminə faydalı təsir göstərir. Bundan başqa o, orqnizmdə maddələr mübadiləsini yaxşılaşdırır.

Termiki emal və konservləşdirmə zamanı lobya öz faydalı keyfiyyətlərini itirmir. Konservləşdirmə zamanı onun tərkibində 70%-ə qədər vitamin və 80%-ə qədər mineral maddə qalır.

Lobyanın konservləşdirilməsi nahaqdan tətbiq olunmur. Yaşadığımız sürət əsrində lobyadan tez bir zamanda ən sadə yeməyi belə hazırlamaq çox çətindir. Axı onu əvvəl soyuq və qaynadılmış suda təxminən 1 sutka və suyunu hər 5-6 saatdan bir dəyişərək saxlamaq və sonra 1,5 saat saatdan az olmayaraq qaynatmaq lazımdır. Bu səbəbdən də konservləşdirilmiş lobya daha əlverişlidir.

Lobya universal məhsuldur. O,pomidor, badımcan, qoz, sarımsaq, soğan, göyərti, pendir vəs çox gözəl uyğunlaşır. Kulinar fantaziyanı işə salaraq ondan müxtəlif çeçiddə orjinal yeməklər hazırlamaq olar: salatlar, sup, ət və balıq üçün qarnir, lobya paşteti və s.

Düzdür, lobya mədədə çətin mənimsənilir və bağırsaqda köp əmələ gətirir. Bunun qarşısını almaq üçün ona göyərti və ədviyyat əlavə edin, yeməkdən sonra isə bir fincan nanəli çay için.

P.S. Tez bir zamanda konservləşdirilmiş qırmızı lobyadan belə bir salat hazırlamaq olar.

1 banka konsevləşdirilmiş qırmızı lobyanın suyunu süzüb əzirsən püre halına gələnə kimi üzərinə 3-4 diş sarımsaq xırda-xırda doğramaq, bir az keşniş, şüyüd, bir ovuc qoz xırda -xırda doğramaq , zöqə görə duz, istot və duru yağ. Bunların hamsını yaxşı qatışdırmaq . Çox ləzətli və dadlı bir salat alınır.

Mənbə: www.e-eye.az


OXŞAR YAZILAR
.Novruz süfrəsi
Novruzun əsas atributlarından biri də Novruz süfrəsidir. Novruz bayramında süfrənin əsas xüsusiyyəti odur ki, burada yalnız acılıqdan, şorluqdan uzaq, şirni
.Meyvələr haqqında - bilmək faydalıdır.
* İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur! * Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki si
.Çörək haqqında bilmədikləriniz nələrdir?
Qarabağda çörəyin müxtəlif növlərini bişirirdilər: külləmə, bozlamac, təndir, közləmə, kömbə, lavaş, xamralı, yuxa, fətir, qalınça, maldili, çapartma, cad, aj
.Mətbəxlə bağlı faydalı məsləhətlər
Sizə mətbəxlə bağlı praktik bilgilər təqdim edirik: Sobanıza hopmuş yemək qoxuları üçün yemək bişirməzdən əvvəl sobanın ortasına yarısı sirkə, yarısı su
.Resept.az-dan oxuculara Yeni il təbriki
Yeni il yaxınlaşır. 2016-cı ilə artıq 3 gün qalıb. Resept.az olaraq bütün oxucuları həm Dünya azərbaycanlılarının həmrəylik günü, həm də Yeni il münasibəti
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.