Limonlu kəsmikli piroq



Ərzaqlar:

Xəmir üçün:



2 st un

125 q kərə yağı

1/3 st şəkər tozu

İç üçün:



600 q kəsmik

1/2 st şəkər tozu

3 ədəd yumurta

1 ədəd limon qabığı


Hazırlanması:

Xəmiri hazırlamaq üçün yumşaq kərə yağı ilə unu ovuruq.



Şəkər tozunu əlavə edib yaxşı qarışdırırıq.



Xəmir ovuntu kimi alınacaq. Xəmiri soyuducuya qoyub içliyi hazırlayırıq.

Yumurtanın sarısı ilə şəkər tozunu mikserlə çalırıq.



Limonun qabığını əlavə edib yenə çalırıq.



Kəsmiyi əlavə edib çalırıq.



Yumurta ağını köpüklənənə qədər mikserlə çalırıq. Çaldığımız yumurta ağını içliyə əlavə edib qaşıqla ehmalca qarışdırırıq. İçliyimiz hazırdır.



Diametri 26 sm olan qaba xəmirin yarısını töküb əlimizlə yayırıq.



İçliyi tökürük.



Qalan xəmiri içliyin üstünə səpirik.



180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.



İlıq olduqda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nigar (17 mart 2016 15:55)
Qab 5-6manatdi
Reseptaz (05 may 2015 22:32)
Salam. Qab qacaq satılan yerlırdən. Qiyməti isə yaddan çıxıb. Çoxdan almışıq. Təşəkkürlər.
Bahar Əlizadə (05 may 2015 22:01)
Salam dadlı görünür bilmək olar bişirməkdə istifadə etdiyiniz qabı hardan almısız? Birdə ki qiymətini yazardız xahiş edirəmmmmmm
Reseptaz (05 may 2015 21:57)
Salam. Çox sağ olun. Nuş olsun.
seadet (25 aprel 2015 16:09)
Cox dadli alindi. Evdekiler de beyendiler. Tesekkur edirik
Reseptaz (20 sentyabr 2014 17:59)
salam, saytimizda qurabiye reseptlerine baxa bilersiniz..
Ezom (20 sentyabr 2014 11:49)
eger mumkunduse peceniye resepti veresiz
Ezom (20 sentyabr 2014 11:48)
men peceniye respti isteyirem.
Reseptaz (19 sentyabr 2014 21:52)
Təşəkkür edirəm.
nazile (19 sentyabr 2014 01:00)
bu reseptide yoxlamaq istiyirem inaniramki buda obiriler kimi dadli cixacaq Reseptleri addim addim wekilnen vermeyiniz cox yaxwidi Cox sagolun
Reseptaz (13 mart 2014 23:17)
Yeni qoyduq.
Lalə (04 mart 2014 14:22)
Salam si mit resepti var
Reseptaz (25 yanvar 2014 22:54)
Kəmalə xanım sayıtımızdan istədiyiniz biskvit xəmirini götürə bilərsiniz..Təşəkkürlər.
kemale (18 dekabr 2013 22:23)
salam mene yeni biskvit resepti gonderin zehmet olmasa.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.