Küftə



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:



600 q çəkilmiş qoyun ya da mal əti

4 ədəd baş soğan

3 ədəd kartof

1/2 stəkan yumru düyü

2 xörək qaşığı ərinmiş kərə yağı

2 ç.q tomat

10 ədəd balaca alça turşusu

1 x.q quru nanə (təzə nanə olsa balaca dəstə )

Duz

İstiot


Hazırlanması:

2 soğanı sürtgəcin xırda gözündən keçirib ət ilə qarışdırırıq. (soğanı ət maşınından da keçirə bilərsiniz)



Ətə duz, istiot və düyünün 1/3 hissəsini yuyub tökürük. Yaxşı qarışdırırıq.



Ətdən əlimiz ilə balaca yumrulayırıq. Ortasına turşu qoyuruq. Turşu ətin ortasında qalır.





Eyni şəkildə 10 ədəd yumru düzəldirik.



2 soğanı xırda doğrayırıq. Qazana töküb yağ duz əlavə edib qovururuq.Soğan qızılı rəngdə olanda tomatı əlavə edib az qovururuq.



Üstünə qaynamış qaynar su tökürük. Suya 1 ç.q duz əlavə edib qarışdırırıq.



Hazır ət yumtularını suya bir-bir əlavə edirik. 10 dəqiqə  qaynayan kimi  qalan düyünü töküb qarışdırırıq.



Kartofları yarı bölürük.

Yemək 10-15 dəqiqə qaynadıqdan sonra kartofları əlavə edirik.



Kartof tam bişəndə nanə qurusunu əlavə edib qarışdırıb yeməyi götürürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Kiçik küftələrlə noxudlu şorba
Ərzaqlar: 1 st bişmiş noxud 3 x.q yumru düyü 2 st qatıq 2 x.q un 6 st su Küftə üçün: 250 q çəkilmiş ət 1 baş soğan Duz İstiot 1 x.q nanə
.Qatıqlı bulğur (yarma) şorbası
Ərzaqlar: 1 st bulğur 1 ədəd yumurta 1 x.q un 2 st qatıq 9 st su Duz 2 x.q əridilmiş kərə yağı 1 x.q nanə qurusu Hazırlanması: Bulğuru y
.Qaymaqlı brokoli şorbası
Ərzaqlar: 500 q brokoli 1 ədəd kök 1 ədəd kartof 1 ədəd baş soğan 1 paket krem qaymaq 2 x.q un 2 x.q əridilmiş kərə yağı Duz İstiot Su (ət y
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Sabina (02 aprel 2017 16:17)
Dadli gorunur.
Turkan (26 iyul 2016 18:25)
Men indice hazirladim eladi dagilmadi.biz.noxud qatmiriq ve icine yumurta vurmuruq eynen bele edirik anamda mende cox sag olun :)
Feride (10 sentyabr 2015 19:31)
Yumurta vurulmasada olar
Feride (10 sentyabr 2015 19:20)
Kufte dagilmasin deya kuftenin etine duzu artiq toksez ve tursusun icine qoyub yumruluyub soyuducuda 1saat gozletsek dagilmaz qaynayan suyada evezinde duz vurulmasa duzlu cixmaz.birde noxudu kim istese elave eda biler etcekenden gormemisem evvelceden bisirilmis noxudu elave etdikde dahada yaxsi olur
leyla (10 iyul 2015 01:38)
Kufte bele hazirlanmir et cekilir sogan duyu 1 yumurta duz istiot birde merze deyilen goyerti var kufte goyertisi vurulur sogan qovrulur su tokulur. Daha sonra kufte atilir qazana duyusu biwende kartofu tokulur. Hetta isteyen olsa axwamnan isladilmiw noxutta et ile birlikde et mawininnan cekilir.
leyla (10 iyul 2015 01:38)
Kufte bele hazirlanmir et cekilir sogan duyu 1 yumurta duz istiot birde merze deyilen goyerti var kufte goyertisi vurulur sogan qovrulur su tokulur. Daha sonra kufte atilir qazana duyusu biwende kartofu tokulur. Hetta isteyen olsa axwamnan isladilmiw noxutta et ile birlikde et mawininnan cekilir.
Reseptaz (25 yanvar 2015 22:00)
Çox sağ olun. Nuş olsun.
ZEHRA_BALAM (24 yanvar 2015 13:06)
Mende bu gun kufte hazirlayacam gorek nece alinacaq.Resept ucun tesekkurler
Reseptaz (17 dekabr 2014 22:33)
Mən vurmuram. Təşıkkürlər.
nihat (16 dekabr 2014 09:52)
Bu kiftənin ətinə yumurta vurulmalıdır ya yox?
nihat (16 dekabr 2014 09:49)
Nuş olsun.
Aysel (22 sentyabr 2014 16:12)
Indi kifte piwirecem. Ammaaaa bilmirem sizin hazirladiginiz kimi lezetli gorsenecek ya yoox
Reseptaz (24 aprel 2014 09:39)
nush olsun..
meley (18 aprel 2014 20:42)
dadlidi sagolun
Leyla (16 mart 2014 15:52)
dagildi mende normal alinmadi.
elvin aliyev (14 fevral 2014 09:55)
cox sag olun resepte gore
milana (12 fevral 2014 12:20)
salam mende bu gun kifte biwirecem gorum nece cixir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.