Kudryaj tortu



Ərzaqlar:



8 ədəd yumurta

2 st şəkər tozu

2 st un

1 paket vanil

1 paket qabartma tozu

3 x.q kakao

Krem üçün:

1 banka bişmiş qatılaşdırılmış süd

200 q kərə yağı


Hazırlanması:

Bu tortu hazırlamaq üçün iki biskvit hazırlayacağıq.

Kakaosuz biskviti hazırlamaq üçün 4 ədəd yumurta ağını sarısından ayırıb ağını bərkiyənə qədər mikserlə çalırıq.



1 st şəkər tozunu əlavə edib yenə bərkiyənə qədər mikserlə çalırıq.



Yumurta sarılarını töküb çalırıq.



Vanili töküb çalırıq.



Qabartma tozunun 1/2-ni töküb 1st. unu əlavə edib taxta qaşıqla qarışdırırıq.



Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük. (qabın diametri 26 sm)



180 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.



Kakaolu biskviti hazırlamaq üçün yenə 4 yumurtanı ağını sarısından ayırıb ağını bərkiyənə qədər çalırıq. 1 st şəkər tozunu əlavə edib yenə mikserlə çalırıq.Sonra yumurta sarılarını əlavə edib mikserlə çalırıq.



Bir qabda 1/2 paket qabartma tozunu,1st. ələnmiş unu və kakaonu qarışdırırıq.



Qarışığı çalınmış şəkər tozu ilə yumurtaya əlavə edib taxta qaşıqla qarışdırırıq.



Qabı yağlayıb ya da kağız sərib xəmiri tökürük. (qabın diametri 26 sm)



180 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqə bişiririk.



Hər iki biskvit soyuduqdan sonra yarı bölürük. Orta hissədən tortun üzünü bəzəmək üçün biskvitdən ovxantı götürürük.









Kremi hazırlamaq üçün əvvəlcə yağı mikserlə çalıb qatılaşdırılmış südü əlavə edib bərkiyənədək çalırıq. Krem hazırdır.



Aralarına krem çəkib üst-üstə yığırıq.







Ən son qat və yanları kremləyib üstünü ovxantı ilə zövqə görə bəzəyirik.



Tort 5-6 saat otaq tempraturunda qaldıqdan sonra kəsib süfrəyə verə bilərsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nergiz (11 iyul 2017 13:42)
Bunu 3 kremle edirler cox adam nece olar sizce
Nergiz (11 iyul 2017 13:40)
Cox sagolun
Reseptaz (11 iyul 2017 11:02)
Çox sağ olun...
ayan (09 iyul 2017 16:49)
biz ememdesli etdik ve cox gozel alindi
gulka (09 iyul 2017 16:45)
cox sag olun cox komeyimiz oldunuz.
Reseptaz (07 noyabr 2016 10:28)
Nuş olsun.
Nilufər (06 noyabr 2016 17:47)
Reseptə görə çox təşəkkür edirəm! :) Bişirdim, əla alındı. Daha yumşaq olması üçün mən kremini bir az artıq hazırladım (250 qram kərə yağı, 1,5 banka qat.süd). Təbii ki, bu, zövqə görədir.
Saytınızdakı reseptlər çox gözəldir, daima izləyirəm, təşəkkürlər!
Reseptaz (02 avqust 2016 10:48)
Salam, 1 paket kifayət edir.
Lala (01 avqust 2016 15:02)
salam. ola biler ki 1 paket qabartma tozun elave edek? yeni toplamda 2 qabartma tozu bir yox
Ayten (18 may 2016 17:12)
qeseng tortdu nus olsun
Ayten (18 may 2016 17:11)
SALAM
Reseptaz (22 dekabr 2015 21:36)
nus olsun, beli cox dadli tortdur
Leyli (22 dekabr 2015 11:21)
Calisacam bisirim. Cox gozel tortdu
sebis (12 dekabr 2015 16:26)
dadli gorunur mende bisirecemmmm resepte gore sagolun
Reseptaz (17 sentyabr 2015 10:28)
nus olsun
SineMustafArin Ceceli (16 sentyabr 2015 17:22)
salam xalamqizi bundan bisirir qeseng alinir. bisirmeye deyer)))))))
Reseptaz (02 sentyabr 2015 22:26)
Nuş olsun.
masal (02 sentyabr 2015 15:14)
ben bunu cok beyendim
Zehra (26 iyun 2015 00:10)
çox super tortdur
gulnar (16 may 2015 14:43)
Ela tortdu xanimlar bisirmeye deyer.cox sagol resept.az
Nilay (15 may 2015 20:15)
Salam
gulnar (15 may 2015 19:35)
Cox sagolun cavab yazdiginiz ucun sabah mutleq bisirecem
gulnar (15 may 2015 19:22)
Cox sagolun cavab yazdiginiz ucun sabah mutleq bisirecem
Reseptaz (15 may 2015 12:52)
salam, beli ele bizim bisirdiyimiz de kenari acilan qabdir.
gulnar (15 may 2015 12:00)
Xais edirem cavab yazardiz xanim
gulnar (15 may 2015 01:11)
Cox sagolun resept ucun sualim var size keksderi kenari acilan keks qabinda bisirmek olar
gulnar (15 may 2015 01:09)
Salam
Reseptaz (16 aprel 2015 20:03)
Salam. Çox sağ olun ki xoşunuza gəlib bişirirsiniz. Kimlərəsə köməyim dəyirsə demək çəkdiyimiz əziyyət hədər getmir. Təşəkkür edirəm. Mənim də istədiyim xanımlarımızın rahatlığı üçün ana dilimizdə və şəkillərlə izahlı resaptləri sizlərə təqdim etməkdir.nuş olsun.
aysu (16 aprel 2015 15:01)
Salam...cox lezetlli gorunur ellernize sagliq men hazirladim super alindi evdekilerninde cox xowunana geldi resept.az tewekkur edirem
Hicran (11 aprel 2015 10:27)
Bu tortu çox bəyəndim.Allah Sizdən razı olsun.Hec olmaya Bizdə nəvəmizi sevindirə bilərik. Söz yox ki, Sizi kimi bişirə bilmərik. Yenə də olsa evdə bişir onlarda baxırlar onlara maraqlı gəlir Nənə bizə tort bişirir.
Reseptaz (13 mart 2015 21:42)
Çürüməyinə baxmayın çalın. 10-15 dəqiqə soyuducuya qoyub çıxarın yenidən çalın.nuş olsun.
gunay (08 mart 2015 12:14)
Yaq tam kremin ikinde erimir ne edim?
gunay (08 mart 2015 12:14)
Krem kuruyende ne edirler?
Reseptaz (03 fevral 2015 22:00)
Nuş olsun.
aişə (29 yanvar 2015 22:12)
salam men bişirdim superrrr alindi ;))))
Reseptaz (10 yanvar 2015 23:38)
Nuş olsun.
aynure (10 yanvar 2015 19:51)
coxdan axtarirdim axir ki tapdim
Reseptaz (29 noyabr 2014 23:02)
cox sag olun..
Mehbule (29 noyabr 2014 14:17)
Mende dunen bisirdim,ela alindi,evdekilerin xosuna geldi,Təşəkkür edirem sizlere,resept.az saytini yaradanlara,minetdaram sayenizde bizde oyrenirik.
Reseptaz (12 noyabr 2014 21:23)
Hər kəsə təşəkkür edirik. Çox sağ olun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.