Kiyev kotleti



Ərzaqlar:

Üstü üçün:



4 ədəd toyuğun döş əti

Duz

İçlik üçün:

200 q kərə yağı

1 balaca dəstə cəfəri (ya da şüyüd)

Qızartmaq üçün:

3 yumurta

Suxarı

Bitki yağı


Hazırlanması:

Çəfərini təmizləyib yuyuruq və xırda doğrayırıq.



Yağı 25 q olmaqla 8 hissəyə bölürük.

Toyuğun döş ətini yuyuruq. Suyu süzüləndən sonra bıçaqla ortasından kəsib yarıya bölürük. Üstünə klyonka çəkib mətbəx çəkicinin arxası ilə döyüb nazildirik. Amma elə etmək lazımdır ki, ət paralanıb deşilməsin.



Sonra ətin hər tərəfini duzayırıq. Bu şəkildə ətin hamısını düzəldirik.

Birini açıb içinə 25 q yağ qoyub üstünə döğradığımız cəfəridən səpirik. Ehtiyatla bükürük.Elə bükmək lazımdır ki deşik qalmasın. Hər tərəfi yaxşı örtürülsün.








Bu şəkildə səkkizini də düzəldirik.



Yumurtaları sındırıb çalırıq.



Hazir kotletin hər tərəfini birinci çalınmış yumurtaya sonra suxarıya batırırıq.Yenə yumurtaya batırıb suxarıya batırırıq.





Tavaya yağ tökün istidirik. Hazır kotletləri düzüb hər tərəfini qızardırıq.



Qızarmış kotletləri yağı çəkilsin deyə salfetin üstünə yığırıq.





Qeyd: Zövqə görə kim göyərti xoşlamırsa istifadə etməyə bilər.

Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (26 fevral 2017 20:09)
salam, təşəkkürlər. bəli olar
Sevda (25 fevral 2017 21:43)
Salam ressept az.Coox sag olun bele gozel resseptlerniz ucun.Size bir sualim var,çox xaiw edirem cavablandirardiz.Bu katleti erimiw kere yagi ile elemek olar cox xaiw edirem cavab yazin onceden twk
Ayka (04 iyul 2016 11:21)
Kiyev kotleti
Reseptaz (29 aprel 2016 13:08)
Çox sağ olun.
Aysel (29 aprel 2016 12:47)
Sayta soz ola bilmezz..super neyinse reseptini axtaranda bura baxiram cox duzgun seliqeli sekilde yerlesdirilib hersey.emeyi olan herkese tesekkurler
Reseptaz (10 fevral 2016 09:01)
salam, acigi ele etmemishem. nece alinabileceyini deye bilmerem, gerek ozum yoxlayam
EFSANE (09 fevral 2016 17:57)
Salam men kiyev katletinin icine bismis yumurta vurulmaginida gormusem siz nece bilirsiz??? meslehetdi??
NURIDE (09 fevral 2016 15:22)
Men kiyev kotleti hazirlayiram.Dadi ela olsa da görünüsü meni qane etmir.Yemeyin dadina ustunluk versem de görünüsüne cox önem verirem.Nece edim ki görünüs yaxsi olsun.?
Guler (28 iyun 2015 16:10)
Mende bu cur hazirlayiram
zakir (13 fevral 2015 20:31)
burdaki yemeklerin respetini ve hazirlanmasinii oyrendim tesekkurler
Reseptaz (21 avqust 2014 13:28)
Təşəkkür edirik.Nuş olsun.
sabina (30 iyun 2014 22:59)
hmmm mencede yaxwi sayitdi isdediyin yemekler tapib hazirlayirsan sayta gore twk
xanim (19 fevral 2014 22:13)
men bu yemekde mutleq hazirlayacam
xanim (19 fevral 2014 22:12)
cok gozel sayitdi bele sayita gore size teshekkur edirm
Reseptaz (10 yanvar 2014 16:34)
tesekkurler, cox sag olun
Teyyube (10 yanvar 2014 14:34)
hmmm..mense subay qizam:)))
Sabisha (10 yanvar 2014 02:43)
Salam! Adim Sabinadi,31 yashim var.MashAllah gozel ailem var,3 balaca ovladim var:) Size teshekkur edirem ela saytiniza gore! Ellerivize sagliq,Sizden chox dadli reseptler oyrenirik!
Shefeq (13 noyabr 2013 20:11)
Men hazırlamışam amma goyertisız.Çox dadlı olur.
inci (26 oktyabr 2013 13:42)
kiyev katletinin reseptine gore tsk

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.