Kişmişli qozlu piroq



Ərzaqlar:



Xəmir üçün:

200 q xama

200 q kərə yağı

1 paket qabartma tozu

1/2 paket vanil

3 st un

İç üçün:

1 st qoz ləpəsi

1 st kişmiş

1- 1,5 st şəkər tozu

1/2 paket vanil

Üzü üçün:

1 ədəd yumurta


Hazırlanması:

İçlik üçün qoz ləpəsini bıçaqla doğrayırıq.



Kişmişi təmizləyib yuyub qurulayırıq.



Doğranmış qoz ləpəsini, vanili, şəkər tozunu bir qabda qarışdırırıq.İçlik hazırdır.




Ələnmiş unu yumşaq yağla ovuruq.



Ovuntuya vanili, qabartma tozunu və xamanı əlavə edib yumşaq xəmir düzəldirik.



Xəmiri iki yerə bölürük. Biri digərindən az böyük olmalıdır.



Böyük olan kündəni qabın içinə qoyub yayırıq. Kənarlardan 2 sm çıxmaqla düzəldirik.



İçliyi töküb bərabər yayırıq.



İkinci kündəni yanda oxlovla ya da əl ilə yayırıq.



Yaydığımız xəmiri içliyin üstünə qoyub yanlarını bərkidirik.



Piroqu bıçaqla düzbucaqlı formasında kəsirik. (İstədiyiniz formada kəsə bilərsiniz)



Üzünə yumurta çəkirik.



180 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.



Soyuduqdan sonra piroqu çay süfrəsinə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Aysel (27 fevral 2016 18:26)
Salam xanim xaiw edirem deyerdiz bele wuwe qabi hardan ala bilerem??birde ki bu wuwe qab asobuna soba ucundur???
Reseptaz (08 dekabr 2015 21:02)
salm, tesekkurler. insh hazirlayib yazariq
Sinem (08 dekabr 2015 15:58)
birde sizin reseptler super olur xahis etsem turk paxlavasini yazardiz
Sinem (08 dekabr 2015 15:56)
altdaki xemiri qaba yaydim ustdekin yaxsi yayib ata bilmedim yeni olcusun tutdura bilmedim o cetin oldu ona gore de gorunusu yaxsi olmadi amma dadi muhtesem twk edirem
Sinem (08 dekabr 2015 15:51)
tesekkur edirem Resept.az cox gozel alindi
Reseptaz (08 dekabr 2015 09:19)
Sinem xanim reseptdeki kimi hazirlayin cox gozel alinir
Sinem (07 dekabr 2015 18:17)
men hazirlamaq isteyirem dogurdan bupalciq kimi alinir? xahis edirem cavab yazasiz cunki indi hazirlayacam
Nigar (23 noyabr 2015 22:05)
Çox dadli alinir..men hazirlamiwam..palçiq kimi olmur..hem dadi hem gorunuşu super
Fəhmin (23 noyabr 2015 21:30)
Bərəkətinə qurban olum amma palçıqdır
Sinem (13 noyabr 2015 16:03)
superdi
Reseptaz (16 sentyabr 2015 17:21)
sag olun
SineMustafArin Ceceli (16 sentyabr 2015 17:10)
men bu suse qabi hardan ala bilerem?
SineMustafArin Ceceli (16 sentyabr 2015 17:01)
Ellerinize sagliq cox gozel gorunur
Reseptaz (02 sentyabr 2015 22:37)
Nuş olsun. Təşəkkür edirik.
nilüfer (30 avqust 2015 17:06)
Çox dadlıdı ellerinize sağlıq bişirmeye deyer
Sevinc (30 avqust 2015 16:23)
lezzetlidi
Gulnar (23 avqust 2015 14:51)
Salam xanim peroq bisdikden sonra serbet tokmek olar uzerine
Reseptaz (30 iyun 2015 09:42)
nuş olsun
rena (29 iyun 2015 23:48)
cox beyendim
Reseptaz (21 iyun 2015 10:10)
nush olsun
hicran (20 iyun 2015 16:51)
salam ellerine sagliq agzin sirin olsun menim adim hicrandi semkirin zeyem seherindenem men bunu pisdim cox dadli cixdi
Reseptaz (20 iyun 2015 14:59)
Salam. Üzünün rənginin açıq olması yəqin tam qızartmamısınız. Quru olmağı isə undan ya da yağdan ola bilər. Nuş olsun.
aysel (18 iyun 2015 19:30)
men bunu piroqu pisirdim cox gozeldi dadina soz ola bilmez bisirib paylasdiginiz ucun
lale (18 iyun 2015 19:25)
cox gozeldi ellerinize sagliq
aysel (14 iyun 2015 19:16)
ela gorunur dadida eminemki 100% super olacaq duzu biraz paxlavaya oxsayir turk paxlavasina
Klesar (14 iyun 2015 11:03)
Salamlar:)necesiniz?men bu piroqu nece yazlb o weklde hazrladm..dadi qeweng idi herkes beyendi..elinize saglq paylashdgnz ucun:) ama 2meqam dogrusu meni acmadi ki,yumurtaladm biwrdim..biwdkden sonra rengi mehz sizn weklde gosterdyinz kimi yarashqli-sari alinmadi..bir de gozledyim qeder yumwaq alnmadi(yeni tam olaraq quru da deyildi..)sizce ne ede bilerem ki novbeti defe bunlardan nigaran qalmayim..:( Tewekkur edirem
Leyla Memmedova (13 iyun 2015 16:37)
Zehmet olmazsa bir sualima cavab vere bilersiz? Bu xemiri milfoy xemirinden hazirlaya bilerik? Xemirlerin bir-birinden ferqi nedir?
Reseptaz (07 may 2015 19:47)
Ola bilər. Təşəkkürlər.
Nilay Əlizadə (06 may 2015 21:57)
Tərkibinə kişmiş qatmasaz əlaaaa olar!!!
Reseptaz (15 mart 2015 23:01)
Təşəkkürlər.
aytac gulay (15 mart 2015 18:52)
gorunus pis deyil
Reseptaz (29 dekabr 2014 23:15)
Nuş olsun. Təşəkkür edirik.
gunay (29 dekabr 2014 02:09)
Cox superdi qaynanamgil bize gelende biwirdim cox xowlarina geldi hetda qaynanam reseptinde aldi biwirmekcun.hammi cox beyendi 1gune qutardi:) cox sagolun
Reseptaz (15 dekabr 2014 22:57)
Nuş olsun.
ayka (15 dekabr 2014 20:22)
bir nov soci paxlavasina oxsayir eladi
asya (29 noyabr 2014 00:14)
sirniyyat reseptleri
Reseptaz (17 noyabr 2014 21:37)
salam.olar kişmişsiz bişirmək onda kişmiş qədər qoz ləpəsini artırarsınız. Nuş olsun.
mira (17 noyabr 2014 20:06)
kiwmiw olmazsa olmaz mi? iyrenirem kiwmiwden
Reseptaz (12 noyabr 2014 21:09)
Salam.Xoş sözlərə görə hər kəsə təşəkkür edirəm. Qatıq vurmasasız yaxşı olar. Resept necə yazılıb elə də hazırlasanız yaxşıdı.Nuş olsun.
nərmin (12 noyabr 2014 20:21)
guzel

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.