Kişmişli qozlu konfet



Ərzaqlar:



125 q qara kişmiş

50 q qoz ləpəsi (20 q çəkilmiş)


Hazırlanması:

Kişmişi təmizləyib yuyuruq. Solfet ilə qurulayırıq. Sonra ət maşınından keçiririk.



Qozu bıçaqla xırdalayırıq. Qoz ilə çəkilmiş kişmişi yaxşı qarışdırırıq.



Qarışıqdan əlimizə alıb yumrulayıb uzunsov şəkilə salıb çəkilmiş qoz ləpəsinə hər tərəfini batırırıq.




Bu şəkildə hamısını düzəldirik. Hazırladıqdan sonra soyuducuda ən az yarım saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çiçək qurabiyə
Ərzaqlar: 150 q kərə yağı 1 st şəkər pudrası 1 ədəd yumurta 1/2 st duru yağ (qarğıdalı yağı) 1 paket vanil 3 st un 2 x.q kakao Üzünə fındıq lə
.Almalı köklü keks
Ərzaqlar: 1 ədəd alma 1ədəd kök 50 q qoz ləpəsi 3 ədəd yumurta 1st şəkər tozu 1/2 st duru yağ 2 st un 1 paket qabartma tozu 1 x.q darçın H
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Günel Ələkbərova (10 iyun 2016 18:39)
Bundan şirniyyatlarda içlik kimi istifadə etmək olar?
Reseptaz (17 avqust 2014 18:37)
Çox sağ olun nuş olsun.
Mehriban (30 iyul 2014 17:20)
xanim ALLAh sizden razi olsun .dadli ve asant 。

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.