Kişmişli qaysılı qozlu salat



Ərzaqlar:



1 ədəd qırmızı çuğundur

2 ədəd kök

2 ədəd kartof

1/2 st qoz ləpəsi

1/2 st kişmiş

7-8 ədəd balaca qaysı

3-4 x.q mayonez

Duz


Hazırlanması:

Kartof, kök və çuğunduru suda bişirib soyuduqdan sonra qabığını soyub sürtgəcdən keçiririk.



Kişmiş ilə qaysını yuyub qaynar suda 5-10 dəqiqə saxlayırıq. Qaysını xırda kub şəkildə doğrayırıq.




Əvvəlcə qaba 1-ci lay kartofu töküb yayıb duzlayıb mayonezləyirik.



2-ci lay kökü töküb yayıb duzlayıb mayonezləyirik.



3-cü laya kişmişi, qaysını və qozu xırda doğrayıb tökürük.



4-cü lay çuğunduru yayıb duzlayıb mayonezləyirik. Zövqə görə salatın üstünü qoz qırıntıları ilə bəzəyirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Asan Sezar salatı
(4 nəfərlik) Ərzaqlar: 500 q toyuğun döş əti 100 q pendir 2 ədəd kahı 1/2 (yarım) çörək 1 diş sarımsaq 3 x.q zeytun yağı Duz İstiot Sosu üç
.Ananaslı toyuq salatı 2
Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 100 q pendir 200 q toyuğun döş əti 50 q qoz ləpəsi 4-5 x.q mayonez Duz Balaca dəstə şüyüd 1 əd
.Paytaxt salatından yolka
Ərzaqlar: 200 q ət 3 ədəd kartof 3 ədəd yumurta 2 ədəd kök (orta ölçülü) 2 ədəd tər xiyar(orta ölçülü) 2 ədəd turşu xiyar(orta ölçülü) 200 q gö
.Toyuqlu bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 2 ədəd təzə xiyar 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə şüyüd Duz İstiot Mayonez Hazırlanması: Tə
.Bibər salatı
Ərzaqlar: 3 ədəd rəngli bibər 1 ədəd toyuğun döş əti 1 ədəd kök Balaca dəstə cəfəri Duz İstiot 4-5 x.q duru yağ (zeytun yağı) Hazırlanması:
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nil (07 iyul 2016 15:56)
men bu salati cox yemisem
nil (07 iyul 2016 15:55)
Ay jsle sene ye deyen oldu
Reseptaz (19 mart 2015 23:46)
Nuş olsun. Təşəkkür edirik.
asiman (16 mart 2015 16:26)
belə reseptləri tez tez verin amma anam onu qat qat elədi çok etdi sanki məclis salatı idi təşəkkürlər
asiman (16 mart 2015 16:23)
mən anamla birgə bu salatı hazırladıq.Lakin çuğundur qatmadıq üzərini öz zövqümüzə görə bəzədik.Üzəri və dadı çoooooooooooox gözəl oldu çox dadlı oldu
Reseptaz (12 noyabr 2014 21:32)
Salam. Zövqlər müxtəlifdir. Şirin dadı xoşlamayanlar bu salatı xoşlamaya bilər. Təşəkkürlər.
fatime (05 noyabr 2014 14:12)
salam men bu salatdan yemisem o qedqerde dadli deyil xosum gelmedi
Reseptaz (20 avqust 2014 20:02)
5-6 nəfərlik ola bilər.Süfrədə digər yeməklərlə bir.Nuş olsun.
Aytac (15 avqust 2014 07:50)
Salam bu salat nece neferlikdi olar bilmek xaiw yazardiz
Reseptaz (04 iyul 2014 20:27)
sizle sag olun, tesekkur edirem..
naqa (04 iyul 2014 19:50)
menim en sevdiyim salatlardan birdi on gorde cox sag olun
sona (03 iyul 2014 17:27)
ellerinize saglik.superdi
Reseptaz (21 mart 2014 21:00)
Salam. istəyinizi nəzərə alacağıq. Təşəkkürlər.
jale (25 fevral 2014 12:57)
eyer mumkun wuba salatinin reseptini sayta yerlewdirerdiz
Nurane (07 fevral 2014 12:37)
Kabablar
Reseptaz (19 yanvar 2014 23:08)
yoxlamaga deyer, gozel salatdir
jale (18 yanvar 2014 19:00)
görünuw cehetden superdi.dadida yeqin ki yaxwi olar.salatda kiwmiw ve qaysi nece dad verir?.men bawqa yimeklerde onlari yimirem.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.