Kişmişli kəsmikli balaca kekslər



Ərzaqlar:



200 q kəsmik

200 q kərə yağı

2 st un

1 st şəkər tozu

2 ədəd yumurta

1/2 st kişmiş

1 paket qabartma tozu

1 paket vanil


Hazırlanması:

Yumşaq kərə yağını, vaniil və şəkər tozunu mikserlə çalırıq.



Yumurtanı əlavə edib mikserlə çalırıq.



Kəsmiyi əlavə edib mikserlə çalırıq.



Kişmişi təmizləyib yuyub solfet ilə qurulayıb undan 1 x.q töküb qarışdırırıq.





Qarışığa kişmişi əlavə edib mikserlə çalırıq.



Sonra qabartma tozunu və unu töküb aşağı sürətlə çalırıq.



Mikseri kənara qoyub qaşıqla yaxşı qarışdırırıq.



Balaca keks qablarına xəmiri tökürük. (İstədiyiniz qablara tökə bilərsiniz. Kağız olsa içinə kağız qoyun ya da yağlayıb unlayıb xəmiri tökə bilərsiniz)



180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk. Içinin tam bişməyini bilmək üçün çöplə yoxlayırıq.





Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
aysel (11 may 2015 10:46)
bu cur piroqlari cox sevirem tesekkurler mutleq hazirlayacam
Zehmet olmazsa gul paxlavasinin resseptinide gostere bilersiniz
Reseptaz (16 aprel 2015 20:19)
Salam. Bişəndə keksin içində kəsmiyin olduğu heç bilinmir.nuş olsun.
ulviyye (13 aprel 2015 15:39)
men kesmik sevmirem ama yenede hazirlayacam
Reseptaz (17 avqust 2014 19:14)
Çox sağ olun. Nuş olsun. Həqiqətən də kəsmik yeməyən uşaqlar üçün əla keksdir.
AYKA (03 may 2014 22:13)
ela
Reseptaz (24 aprel 2014 09:35)
cox sag olun
gunel (21 aprel 2014 23:15)
salam
melekxanim (21 aprel 2014 16:57)
bisirdim ela dadir qurup yoldaslarimda beyendi saolun bu resepti verdiyinize gore
sevincRamizli (19 aprel 2014 22:37)
Bişirdim, ailelikle beyendik.cox sagolun.
Arzu (18 aprel 2014 11:14)
Men kişmiş xoşlamadığım üçün doğrusu qatmadım balaca keks qablarında bişirdim dadlı çıxdı teşekkür edirem
Reseptaz (14 aprel 2014 19:14)
Olar. Nuş olsun.
lady (14 aprel 2014 18:52)
Bu keksı 1 böyük qabda etməy olarmı?Çox sağolun.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.