Kişmişli keks



Ərzaqlar:



1/2 st kişmiş

1/2 st qoz ləpəsi

1/2 st süd

1/2 st duru yağ

2 st un

1 st şəkər tozu

3 ədəd yumurta

1 ədəd limon suyu və qabığı

1 paket qabartma tozu

1 paket vanil


Hazırlanması:

Kişmişi təmizləyib yuyub dəsmalla quruduruq. Üstünə un səpib qarışdırırıq.

Qozu xırda doğrayırıq.

Yumurta ilə şəkər tozunu ağaranadək mikserlə mikserlə çalırıq.



Yağı əlavə edib mikserlə çalırıq.



Südü əlavə edib mikserlə çalırıq.



Limon suyunu və qabığını əlavə edib mikserlə çalırıq.



Vanili, qabartma tozunu və unu əlavə edib aşağı sürətlə mikserlə çalırıq.



Qozu və kişmişi də əlavə edib aşağı sürətlə mikserlə çalırıq.



Qabı kərə yağı ilə yağlayırıq.



Xəmiri tökürük.



180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişiririk.



Soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.





Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (05 fevral 2015 20:43)
Nuş olsun.
Nazan (04 fevral 2015 12:34)
Bişirdim çox dadlı olur
Reseptaz (14 aprel 2014 09:33)
Naile xanim salam, siz bizim reseptdeki kimi hazirlayin.. umid edirem yaxsi alinar..
Naile (13 aprel 2014 15:07)
Reseptlerde yazilan kimi Keks hazirlayiram amma hec cure qabarmir.
Neyi sehv edirem?
Reseptim : 3 yumurta,1st pesok, 1st qatiq soda ile, 1 st un,qabartma vanel. Ama qabarmir hec cure
Reseptaz (12 mart 2014 22:34)
Nuş olsun.Təşəkkürlər.
elvin (10 mart 2014 20:37)
cox qeseng sirniyystdir
Vusale (07 mart 2014 18:48)
Keksleriniz cox gozel gorunur. Men de bisirecem. Insallah dadli alinar
Reseptaz (01 mart 2014 21:26)
Paxlava sayıtımızda var buyurub baxa bilərsiniz.Təşəkkürlər.
Təhminə (25 fevral 2014 16:56)
Paxlava
Təhminə (25 fevral 2014 16:55)
Paxlavanın hazırlanması
Təhminə (25 fevral 2014 16:54)
Azərbaycan paxlavası
Reseptaz (24 fevral 2014 21:44)
tesekkurler
nurane (24 fevral 2014 17:44)
bisirdim ela alindi ne yaxsiki varsiz tesekkurler:)
Lady (24 fevral 2014 17:28)
Salam mən sizdən pesoçnu peçenye resepti istərdim.Birdə yağın tortasından hazırlanan peçeni yemişdim çoxxxxxxxxxx dadlıydı mümkünsə onu.Çox sağolun.
Sukufe (22 fevral 2014 22:03)
mende bu keksden hazirlayiram ama cox vaxt ortasi acilir:(qabida qizdiririq?
Natavan (22 fevral 2014 18:15)
Keks reseptini choxtan axtarIrdIm.chox saqolun)))
gunay (22 fevral 2014 13:48)
cox lezzetli gorunur nus olsun
Reseptaz (21 fevral 2014 20:40)
Süd soyuq olur. Yəni qızdırmırıq. Yumru qabda etsəniz də yenə eyni reseptlə edirsiniz.Qabınızın diametri 22 sm olsun. Vaxt olduqda bəzəklərlə bağlı çox işlər qoymağı fikirləşirik.Təşəkkürlər.
jale (21 fevral 2014 19:33)
salam.bes yumuru qabda elesek,erzaqlari cox tokey yoxsa ele yazildigi qeder
roza (21 fevral 2014 14:31)
ellerinize saqlik
maya (21 fevral 2014 11:11)
Əladı, bundan hazırlayacam.Ancaq südü qatmazdan əvvəl hansı istilikdə olsun?
gulkaruslan (21 fevral 2014 10:19)
kismisli keksi hazirladim cooooox dadlidir. sizden tort üzərinə kremlə gül qoyulamsı səkillərlə isteyirem. Əvvəlcədən təşəkkürlər
Reseptaz (20 fevral 2014 23:41)
Salam. Olar.Nuş olsun.
SEVA (20 fevral 2014 16:49)
salam,bu resepti yumru keks qabda etsem olar?ellerinize saliq findiqli keksi etdim ela cixdi,dadida ela idi,mende tekce hemin qabdan var,

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.