Kiçik kekslər



Ərzaqlar:



3 st un

3 ədəd yumurta

2 st şəkər tozu

1/2 st süd

1/2 st duru yağ

100 q kərə yağı

1 paket vanil

1 paket qabartma tozu

1/2 st damla şokolad


Hazırlanması:

Yumurtanı şəkər tozu ilə ağaranadək mikserlə çalırıq.





Duru yağı töküb mikserlə çalırıq.



Südü əlavə edib mikserlə çalırıq.



Kərə yağını əridib soyudub tökürük və yenə mikserlə çalırıq. (Yaxşı olar ki başlamazdan yağı əridəsiniz ki siz çalana kimi soyusun)



Vanili, qabartma tozunu və unu əlavə edib aşağı sürətlə mikserlə çalırıq.



Balaca keks qablarına kağız qoyuruq ya da kərə yağı ilə yaxşı yağlayırıq. Xəmiri tökürük.



Sonra üstünə şokolatdan səpirik. (Damla şokolad olmasa adi plitka şokoladı balaca dağrayıb tökə bilərsiniz. Əgər o da yoxdursa şokolad tökməsəniz də olar.)



180 dərəcədə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.





Nuş olsun!

OXŞAR YAZILAR
.Şokoladlı qozlu piroq
Ərzaqlar: Ovxantı üçün: 200 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 2,5 st un 50 q şokolad 50 q qoz ləpəsi Arası üçün: 100 q tünd şokolad 1 ba
.Almalı qozlu keks
Ərzaqlar: 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 ədəd yumurta 50 q qoz ləpəsi 2 ədəd alma 1 paket qabartma tozu 1 paket vanil ½ st buğda ni
.Ananaslı kiçik kekslər
(15 ədəd muffin üçün) Ərzaqlar: 5 ədəd konserv olunmuş ananas halqası 200 q yumşaq kərə yağı 1 st şəkər tozu 4 ədəd yumurta 1,5 st un 1 paket qab
.Kəsmikli kokoslu qurabiyə
Ərzaqlar: 200 q kəsmik 100 q yumşaq kərə yağı 1/2 st şəkər tozu 50 q kokos 1 ədəd yumurta 1 paket vanil 1 paket qabartma tozu 2 st un Yayma
.Nutellalı qurabiyə
Ərzaqlar: 200 q kərə yağı 1/3 (üçdə bir) st şəkər pudrası 1 ədəd yumurta 2,5 st un 1 paket qabartma tozu 1 paket vanil Nutella Xəmirin altına
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 avqust 2016 10:46)
Nuş olsun
Mədinə (31 iyul 2016 20:20)
gözəldi çox gözəl
cükkk (31 iyul 2016 20:19)
təxminən 20
cükkk (31 iyul 2016 20:17)
Təşəkkürlər çox gözəldi .Hazırlamamışam ammma quruluşu gözəl və sağlamdı.
Reseptaz (30 yanvar 2016 14:08)
cox sag olun.
rrrrr (30 dekabr 2015 18:24)
cox sagolun eladi
Cemiw (31 oktyabr 2015 13:00)
Eladi
Gulnar (16 oktyabr 2015 13:41)
Indi biwirirdim iwiqlar sondu
Aytac (27 sentyabr 2015 13:17)
Salam xaiş edirəm indi cavab yazasiz indi bişirmək isdiyirəm bu reseptə sud vurmasam olarmı?
gulnar (22 iyun 2015 14:22)
Tesekkurler opdum sizi
Reseptaz (19 iyun 2015 15:29)
salam, texminen 20 eded
gulnar (19 iyun 2015 15:07)
Salam bu reseptden necedene keks cixir cavab yazsaniz sevinerem
Reseptaz (05 may 2015 09:16)
təşəkkürlər
19&26 (02 may 2015 20:03)
Super demek olar))))))))))))))
Reseptaz (09 aprel 2015 21:06)
Salam. Şokalad üstünə tökülür altına keçmir axı ərisə rə üzündə qalır. Nuş olsun.
mehri (28 mart 2015 10:16)
Salam menim bu serhime cavab yazardizda tesekkurler
mehri (26 mart 2015 10:43)
Salam men bu kekslerden tez tez bişirirem cox gozel alinir amma bir prablem var damla şokoladlari ustune tokub sobaya qoyanda hamisi eriyib tokulur dibine hec ele bil men bu sokoladlari tokmemişem xaiş edirem bu haqda mene komek edesiz tesekkurler
aylin (25 mart 2015 16:43)
jale he olur
aylin (25 mart 2015 16:41)
men bele gozel keks gormemisdim 15:11-de başlayib 16:35-de bitirdim ve hamisini çaynan isdim anam atam işden geldiler atam qizim bişirdiyin kekislerden getir gorey qizimin elinn duzu necedi zarafat bir yana heqiqeten ela idi tesekkur edirem he yeri gelmişken atam ele dedikde men mecbur olub yene bişirdim anam atam lezzetle yediler hele ustelik yene bisirmemi istediler sağol internet sağol yazan sağol ve xususilikle elektriklere sağol deyirem çünki onlar olmasa internet de olmaz sağolunnnnnn:::)))))



l
aylin (25 mart 2015 15:11)
men indi yeni 15:11-de bisirecem
aylin (25 mart 2015 15:10)
bisirdim eladi sagolun daha dogrusu yazan sagolsun
Reseptaz (04 dekabr 2014 23:07)
Salam.bu kağızları adı balaca qab qacaq xırdavat satılan yerlərdən dı ala bilərsiniz. Kağız olmasa qabı yağlayıb bişurə jilərsiniz. Nuş olsun.
ali aliyev (28 noyabr 2014 16:51)
Cox sagolun, hec bir saytda bele sekilnen ve gozel izahli verilmeyib, indi bishirecem
jale (26 sentyabr 2014 22:02)
salam.men bu sirniyyati biwirmek istiyirem ama bir az teredud eliyirem cunki mende keks ucun kagiz yoxdu onsuz elesem qaba yapiwmazki?yada onu hardan almaq olar?boyuk supermarketlerde olur??
Reseptaz (29 avqust 2014 23:21)
Nuş olsun.
Boqinya (Ilahe) (29 avqust 2014 22:54)
Gorunuwu xowuma geldi,onun ucun de resepti yazdim,gorek de mende nece alinir,helelik,
Reseptaz (09 avqust 2014 09:24)
sag olun..
melahet (08 avqust 2014 21:36)
cox dadlidir gozeldir
ilhame777 (05 avqust 2014 19:05)
Cox qeseng
Reseptaz (05 avqust 2014 13:05)
nush olsun..
Ayten (05 avqust 2014 12:13)
Salam artiq dorduncu defedirki bunu biwirirem.cox ela alinir.resepte gore tewekkur.lakin burada yarim st duru yag ve 100 qr kere yagi yazilib.men asan olsun deye kere yagindan istifade etmeyib 1 st duru yag elave edirem.:-))))))
The Krolls (17 aprel 2014 09:53)
indi bisireceyem
Reseptaz (01 mart 2014 22:01)
Salam. Növruz bayramına rayonlar üzrə fərqli şirniyyatlar bişirilir. Ən çox bişiriləqnlər isə paxlava, şəkərbura, qoğal,badambura, şəkərçörək və s. Sizin istəklərinizə gəlincə. Bir gün ərzində neçə nəfər fərqli reseptlər istəyir. Biz bunların hamısını bişirib qoya bilmərik. Yəni inciməyin. Vaxt olduqca hazırlayıb qoyuruq. Sizlər də olanlardan bişirin. İstədiklərinizin reseptləri də qoyulduqda ondan bişirərsiniz. Təşəkkürlər.
jale (28 fevral 2014 20:27)
salam.men sizden turk metbexden olan findiqparenin reseptini isteyerdim.eyer mumkunse 3-4 gune sayta yerlewdirersiz
seltenet (28 fevral 2014 18:19)
Salam.....sizden sorusmaq isterdi ki novruz bayraminda neler bisirmeliyem zehmet olmasa deyin???
seltenet (23 fevral 2014 20:50)
Nece defedi baxiram yerlesdirmemisiniz ne adinda yerlesdireceksiniz onuda deyin zehmet olmasa deyin 1 hefteye lazimdi
Reseptaz (18 fevral 2014 22:15)
İstəyinizi nəzərə alıb hazırlayıb yerləşdirəcəyik.Təşəkkürlər.
seltenet (18 fevral 2014 00:42)
Salaamm,karamelin nece hazirlandigi tecili lazimdi zehmet olmasa vere bilerdizz???
Reseptaz (12 fevral 2014 10:27)
Salam, Aygun xanim bu yarim staken demekdir. tsk.
Aygun (11 fevral 2014 21:11)
cvb gelmedi heckimden?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.