Kəsmikli piroq



Ərzaqlar:

Xəmir üçün:



1,5 st un

125 q kərə yağı

1/3 st şəkər tozu

2 x.q kakao

1 ədəd yumurta

1 paket qabartma tozu

İç üçün:

600 q kəsmik

3 ədəd yumurta

2 x.q buğda nişastası

2 x.q xama

1 paket vanil

2/3 st şəkər tozu
I
Üstü üçün:

Badam, qoz ya da fındıq ləpəsi


Hazırlanması:

Un ilə yumşaq yağı ovuruq. Üstünə qabartma tozunu, yumurtanı, şəkər tozunu və kakaonu əlavə edib xəmiri düzəldirik.



Hazırladığımız xəmiri qaba yayırıq. Xəmir qabın kənarından 3 sm hündürlükdə qalxmalıdır. Hazır xəmiri qaba yaydıqdan sonra soyuducuya qoyuruq.



İçliyi hazırlayırıq.

Kəsmiyi, xamanı, vanili, şəkər tozunu, nişastanı, yumurtanı bir qaba töküb mikserlə qarışdırırıq.



Xəmiri soyuducudan çıxarıb içliyi töküb yayırıq.



Sonra badam ləpəsini bıçaqla doğrayıb piroqun üstünə səpirik.



180 dərəcə qızdırılmış sobada 50-60 dəq bişiririk.



İlıq olanda qabdan çıxardırıq.

Piroqu tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.



Zövqə görə istəsəniz soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 yanvar 2016 22:08)
salam, bunlar stekanin yarisi, ucde biri veya besde biri demekdir
Nur (27 yanvar 2016 17:54)
Salam.zehmet olmasa bunu aydin formada yazin da 1/2 .1/3 . 1/5 ne qeder un demekdir . Onceden tesekkurler.
Reseptaz (05 fevral 2015 20:30)
Nuş olsun. Çox sağ olun.
Ilahe (03 fevral 2015 19:14)
Salam,bu resepti daha cox beyendim,caliwacam gelen hefte biwirim,balaca qardawim piroq isteyir,balaca deyende 25 yawi var))))))yaman wirniyyat sevendi,Inwallah mende de sizin biwirdiyiniz kimi ela alinar.Tewekkurler.helelik
Reseptaz (22 yanvar 2015 20:27)
Xoş sözlərə görə təşəkkür edirəm. Çox sağ olun.
Rena (18 yanvar 2015 16:48)
Cox saqolun. Her seyi ele aciq aydin yazib gostermisizki,hec bir sey bisirmeyi bacarmayan adam bele sizin sayenizde bacariqli bir metbex ustasi ola biler.
Reseptaz (18 yanvar 2015 02:18)
Salam. Yaddan çıxıb yazılmayıb üç yumyrta içliyə tökülür.nuş olsun.
Rena (17 yanvar 2015 22:16)
salam. Kesmikli piroqun ic ucun lazim olan erzaqda uc yumurta yazilib,amma,icliyin hazirlanmasinda yazilmayib,basa dusmedim hansi duzdu,icliye yumurta vurmaq lazimdi yoxsa,yox. Lutfen cavab yazin,sabaha bisirmek isteyirdim.tesekkurler bu arada cox istifade edirem sizin saytdan
Reseptaz (10 dekabr 2014 22:12)
Salam. Reseptdə qeyd etmişik. 50-60 dəqiqə. Soyumamış kəsməyin. Nuş olsun.
ulker (10 dekabr 2014 15:40)
Salam. Altin ustun nece deq bisirmek lazimdi xais edirem tez cvb yazardizda indi qoydum sobaya cox xais.
Reseptaz (24 noyabr 2014 20:02)
salam.nişastasız olmaz. Buğda olmasa kartof nişastasından istifadə edin.nuş olsun.
Aysel (24 noyabr 2014 00:15)
salam. Bugda niwastasini ne ile evez etmek olar?
elnare (22 noyabr 2014 18:43)
kraxmal olmasa olar?
Reseptaz (12 noyabr 2014 21:12)
Salam. Üzünə heç nə vurulmayıb. İçlikdir. Mən bir az çox bişirmişəm ki içlik nəm olmasın. Nuş olsun.
nik (11 noyabr 2014 16:48)
Cox dadlı piroqdu.men bir az ferqli edirem.bunu da yoxlayacam. Bir sey maraqli geldi. Bunun ustunun qizarmasi ucun uzerine nese vurmusuz?yoxsa qizarmalidi ozu?mende qizarmir.molocni renhe calir amma bele qehveyi olmur.
elnare (08 noyabr 2014 14:12)
maraqlidi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.