Kəsmikli piroq



Ərzaqlar:

Xəmir üçün:



1,5 st un

100 q kərə yağı

3 x.q şəkər tozu

1 ədəd yumurta

1 x.q kakao

1 paket qabartma tozu

1 paket vanil

İçlik üçün:



400 q pəhriz kəsmik

1/2 st şəkər tozu

3 yumurta

50 q kərə yağı

1 ədəd limon qabığı

1 ç.q nişasta

1 paket vanil

Kişmiş, qaysı, qoz


Hazırlanması:

Əvvəlcə xəmiri düzəldirik. Yumşaq kərə yağı ilə şəkər tozu və vanili qarışdırırıq.



Sonra yumurtanı əlavə edib qarışdırırıq.



Kakaonu əlavə edib qarışdırırıq.



Qabartma tozunu və unu əlavə edib xəmiri düzəldirik.



Yumşaq xəmir olacaq. Xəmirin 1/3 –ni sellofana qoyub soyuducunun buzxanasına qoyuruq.



İçliyi hazırlayaq. Kəsmiyi çəngəl ilə əzib qarışdırırıq.



Şəkər tozunu və vanili əlavə edib yenə qarışdırırıq.



Yumşalmış yağı əlavə edib qarışdırırıq.



Yumurta sarısını ağından ayırıb sarısını töküb qarışdırırıq.



Nişastanı əlavə edib qarışdırırıq.



Qaysını xırda doğrayıb kişmiş ilə yuyub quruduruq.



Qozu xırda doğrayırıq. Limonun qabığını xırda doğrayırıq

Qarışığa kişmiş, qoz, limon qabığı və qaysını əlavə edib yaxşı qarışdırırıq. (Zövqə görə istəsəniz hər hansı birini tökə bilərsiniz və ya qara gavalı qurusu da əlavə edə bilərsiniz.)



Sonra yumurta ağını tamam köpüklənənə qədər mikserlə çalırıq.



Çaldığımız yumurta ağını az-az qarışığa əlavə edib ehtiyatla qarışdırırıq.



Qabı kərə yağı ilə yağlayıb xəmiri qaba yayırıq.



Hazırladığımız içliyi xəmirin üstünə töküb bərabər yayırıq.



Soyuducunun buzxanasında saxladığımız xəmiri sürtgəcin böyük gözündən keçirib içliyin üstünə səpirik.



180 dərəcədə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (21 oktyabr 2016 09:33)
Çox sağ olun. Kişmiş kayısı vurmasanız da olar. İnş. istediyiniz resepti de hazırlayanda paylaşaram.
Leyla T (20 oktyabr 2016 17:49)
burdan goturduyum butun reseptler alinib qeseng bunuda etmek istiyirem kismisle qaysi sevmirem vurmasam qeseng alinar?birde tiramisunun esl reseptini istiyirem
Reseptaz (19 oktyabr 2016 09:03)
Təşəkkür edirəm.
Aynur (18 oktyabr 2016 16:04)
Indice hazirladim. Dehset xoshuma geldi. Cheesecake-e oxshayir. Cox yunguldu. Umumiyyetle, bu saytdan hansi resepti goturub hazirlamishamsa, cox yaxshi alinir. O qeder deqiq yazirsiniz ki butun addimlari. COX SAG OLUN !!! :)
xanim (21 iyun 2015 16:28)
cox sagolun
Reseptaz (24 oktyabr 2014 22:17)
cox sag olun..
Irade (24 oktyabr 2014 00:56)
salam.Bele gozel sayt ucun muellifine tesekkur edirem.cox faydalaniram.metbexle aram super.izleyirem reseptlerinizi.Yayda hqzirlamisdim bunu cox gizel ve dadli olmusdu.Teskkurler...
Reseptaz (22 avqust 2014 16:09)
Nuş olsun.Çox sağ olun.
lale (22 avqust 2014 14:17)
cox gozel reseptdir tesekkur edirem
ilahe (22 avqust 2014 14:16)
ela super bomba
ilahe (22 avqust 2014 14:15)
elaydi super tesekkurler. seve seve yedik
Reseptaz (18 avqust 2014 10:30)
Təşəkkür edirik. Nuş olsun.
Qonaq (09 iyun 2014 22:45)
nush olsun
Rubab Agayeva (09 iyun 2014 16:15)
SALAM.BUGUN BU SIRNIYYATI HAZIRLADIM.SUPER OLDU.DADI DA COX XOSUMA GELDI.USAQLAR DA BEYENDI.TEZ-TEZ HAZIRLAYACAM.TESEKKURLER
Reseptaz (01 mart 2014 23:11)
tsk.
Shefeq (13 noyabr 2013 14:18)
İçerisinde kişmiş olan hecne xoşuma gelmır.Yenede TŞK edirem

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.