Kəsmikli limonlu keks



Ərzaqlar:



Xəmir üçün:

2 st un

150 q kərə yağı

1 st şəkər tozu

4 ədəd yumurta

200 q kəsmik

1 paket qabartma tozu

1 ədəd limonun qabığı


Hazırlanması:

Kərə yağını sürtgəcin böyük gözündən keçiririk.



Yağın üstünə şəkər tozunu töküb mikserlə çalırıq.



Kəsmiyi əlavə edib çalırıq.



Yumurtanı əlavə edib çalırıq.



Limonu yuyub quruluyub qabığını sürtgəcin xırda gözündən keçiririk. Limonun qabığını töküb çalırıq.



Qabartma tozunu və unu əlavə edib aşağı sürətlə tam qarışanadək çalırıq.



Qaba xəmiri tökürük. Qabınız yapışdırırsa yağlayıb un səpib sonra xəmiri tökə bilərsiniz.



170-180 dərəcədə qızdırılmış sobada 50-55 dəqiqəyə bişiririk.



İlıq olanda qabdan çıxardırıq.



Tamam soyuduqdan sonra kəsib çay süfrəsinə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
fidan (04 oktyabr 2016 10:39)
mende bisirdim bunu gozel alindi tesekkurler resept.az
Reseptaz (03 oktyabr 2016 09:56)
Təşəkkürlər. Nuş olsun.
Parvana (01 oktyabr 2016 20:06)
Sizin bu keksiniz o qeder xoshumuza gelib ki.defelerle bishirmishem her defe de hamidan xosh sozler eshitmishem. ona gore size cox teshekkur elemek istedim. men limonun yerine portagal qabigi qatiram. ela suuuuuper alinir. Teshekkurler. en sevdiyim yemek saytidir
Reseptaz (12 may 2015 09:47)
salam, kesmik tvorog-dur.
mira (11 may 2015 22:56)
salam bir soz sorusum kesmik nedir?
Reseptaz (05 may 2015 22:10)
Salam. Nuş olsun. Təşəkkürlər.
kemale (01 may 2015 14:03)
kakaolu keksi bisirdim cox gozel alindi.RESEPT.AZ
Reseptaz (12 noyabr 2014 21:55)
Salam. Nuş olsun.
ayan (01 noyabr 2014 13:52)
men onu hazirlamiwam ozde elciliyim gunu cox super alinib birde bir soz deye bilerem ki keks biwdikden sonra soyuduqdan sonra uzerine pudra toksuz super alinar tewekkurler.
Reseptaz (26 avqust 2014 00:30)
Onda alınmaz.Təşəkkürlər.
Fatima (24 avqust 2014 18:33)
kesmik vurmasaq nece olar bes?
Reseptaz (17 avqust 2014 18:58)
Nuş olsun. Çox sağ olun ki şərh yazırsınız.
Samira (18 may 2014 14:59)
Portaqalli piroqu ve sekercoreyini bisirdim cox dadli ve gozel alinir .Tesekkur.
Reseptaz (09 may 2014 10:24)
nush olsun
Nargiz (09 may 2014 00:19)
Bunuda bisirdim))) elaaaa
nurana (30 aprel 2014 20:44)
Bunun yagi cox olmaz 150qram?axi kesmikde yagli olur tesekkurler:)

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.