Kərə yağlı kaşarlı pide



Ərzaqlar:

Xəmir üçün:

Bu xəmir ölçüləri ilə 18-20 pide alınır. Siz istəsəniz reseptdəki ərzaqları yarı ölçü ilə götürüb 10 ədəd bişirə bilərsiniz.



6-6,5 st un

1 st ilıq süd

1 st ilıq su

1 st duru yağ

1 yumurta (sarısı üzü üçün saxlanılır)

1 ç.q duz

2 ç.q şəkər tozu

1 paket quru maya

İçlik üçün:



Kərə yağı

Kaşar pendir

Duz


Hazırlanması:

Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.



Sonra unu az-az töküb əvvəl qaşıqla sonra isə əl ilə qarışıdrıb yumşaq xəmir düzəldirik.




Xəmiri isti yerdə qoyuruq acıyır. (1-2 saat)

Xəmir acımalıdır. Acımasa tələsməyin gözləyin acısın ondan sonra istifadə edin.



Xəmirdən 18-20 kündə düzəldirik.



Pendiri sürtgəcdən keçiririk.



Kündəni oxlovla uzununa yayırıq.



Yanlarını düzəldib kağız sərilmiş qaba yığıb yanlarına yumurta sarısı çəkirik.




200 dərəcə qızdırılmış sobada yanları qızaranadək bişiririk.



Sonra çıxarıb ortasın kərə yağı çəkib pendir və az duz sıpib yenidən sobaya qoyuruq.



Pendir əriyən kimi 2-3 dəqiqə saxlayıb götürürük.



Pideni isti-isti süfrəyə veririk. Soyuq olanda dadlı olmur.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kartoflu piroq
Ərzaqlar: Kartof əzməsi, baxın:kartof əzmə 800 q yağlı xəmir. Zövqə görə şüyüd tökməyə də bilərsiniz. Üstü üçün: 1 ədəd yumurta Çörətotu Künc
.Poğaça 5
Ərzaqlar: Xəmir üçün: 100 q kərə yağı ½ st qatıq ½ st duru yağ 2 ədəd yumurta (bir ədəd üzü üçün sarısı saxlanılır) 1 paket qabartma tozu 1 ç
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
gunel (21 oktyabr 2015 11:34)
holland pendiridi
Nilay Əlizadə (03 may 2015 20:27)
Salam görünüşü yaxşıdır tşk. Birdə ki, kaşar pendiri sarı rəngli sərt bir pendir növüdür. Axtarsanız marketlərdən əldə edə bilərsiniz...
Reseptaz (09 aprel 2015 21:12)
Salam. Elə magazalarda kaşar pendir adı ilə satılır. Təşəkkür edirik.
leyla (26 mart 2015 20:23)
Salam zehmet olmasa deye bilersiz kasar pendiri azerice hansi pendirdi?
Elif (26 mart 2015 16:12)
kasar pendiri azerice hansi pedirdi goresen
Elif (26 mart 2015 16:10)
kasar pendiri azerice hansi pedirdi goresen
Elif (26 mart 2015 16:10)
kasar pendiri azerice hansi pedirdi goresen

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.