Kələfir-2



Ərzaqlar:



2 kq böyük tikələrə bölünmüş ət

4 ədəd pomidor

2 ədəd şirin bibər

4-5 ədəd orta ölçülü baş soğan

Duz

Istiot


Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra halqa doğrayırıq.



Pomidoru yuyub halqa doğrayırıq.



Bibəri təmizləyib yuyub halqa doğrayırıq.



Əti təmizləyib yuyub duz və istiot vurub qazanın dibinə yığırıq.



Ətin üstünə soğanı tökürük.



Bibəri soğanın üstündən düzürük.



Bibərin üstündən pomidoru düzürük.



Duz və istiot və 1 st su əlavə edib vam odda bişməyə qoyuruq. Suyu çəkilib yağa düşəndə yemək hazır olacaq.



Yeməyi isti-isti süfrəyə veririk.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (31 yanvar 2016 10:44)
vam odda bişir. ona görə bərk olmur.
Jale (31 yanvar 2016 00:00)
Salam bes et berk olmazki? Cunki qaynatmirsiz axi
Reseptaz (06 dekabr 2014 14:43)
nuş olsun.
gulzar (06 dekabr 2014 00:00)
ola bilər ...yəgin adları fərqli olsada dadları eynidir.inşallah bir gün mütləq bişircəm.təşəkkürlər
Reseptaz (04 dekabr 2014 22:53)
elə buğlama ilə kelefur bir birinı bənzəyir. Təşəkkürlər.
gulzar (30 noyabr 2014 15:38)
buğlamaya bənzəyir ...
Reseptaz (17 noyabr 2014 21:35)
təşəkkürlər.
hale (17 noyabr 2014 21:30)
Beh beh:-).dadli yimeye oxwuyur ellerinize sagliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.