Kartoflu börək (Türk mətbəxi)



Ərzaqlar:



2 ədəd börək yuxası

4 ədəd kartof

1/2 st bitki yağı

1/2 st süd

1 ədəd yumurta

Balaca dəstə cəfəri

Duz

Istiot

Üstünə səpmək üçün çörəkotu


Hazırlanması:

Kartofun qabığını soyub suda bişiririk.Soyuduqdan sonra sürtgəcin böyük gözündən keçiririk.



Cəfərini xırda doğrayırıq.Kartofa cəfəri, duz və istiot töküb çəngəl ilə yaxşı qarışdırırıq.



Südü, yağı və yumurtanın ağını çalırıq. Yumurta sarısını üzünə saxlayırıq.



Yuxanın birini səririk. Qarışığın yarısını töküb yayırıq.





İkinci yuxanı qoyuruq eyni şəkildə qalan qarışıqla onu da isladırıq.



Bıçaqla 8 hissəyə bölürük.



Yuxanın enli tərəfinə içlikdən qoyub bükürük.



Qaba yığıb üzünə yumurta çəkib çörəkotu səpirik. (Qabı ya yağlayın yığa bilərsiniz ya da altına kağız sərib yığa bilərsiniz)



210 dərəcə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.





Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nergiz (06 noyabr 2016 15:05)
Bu 2 yufkani ust uste qoyuruq isladiriq sonra 8 hisseye boluruk ya ayri ayri qoyuruq yufkani? Sonra 8 yere boluruk yeni demeyim oduki 2 yufkadan 8 eded borek cixir ya 16?:)))xaiw edirem cavablandirasiz ..
vafa (07 sentyabr 2015 11:33)
Xahiş edirəm deyərdiz, yuxa adi xəmirdən hazırlanır? Sağolun.
Reseptaz (01 may 2014 09:57)
Aysel xanim, boyuk supermarketlerde, esasaen aciq dondurucu olan yerde turk yufkasi adi ile bu xemirler satilir, rahat market, bazarstoar-larda ves. olur.
Abbas (30 aprel 2014 23:02)
Yuxani marketden tapa bilmessiniz, ozunuz xemirini yogurub achmalisiniz. Yuxa bishdikdeb sonra artiq lavash oldugu ucun marketde lavash olaraq satilir. Lavash ile borek hazirlamaq olmaz. Turkler yuxaya yufka deyir.. :)
Aysel (03 fevral 2014 15:19)
Salam.
Gozel reseptleriniz ucun size teshekkur edirik. Size bir sualim, xahish edirem cavablandirasiniz.

Xahsih edirem borek yuxasinin ne oldugunu izah edesiniz. Bunu marketlerden elde etmek olar? Beleki, men marketlerden maraqlanmisham, lakin tapa bilmemishem. Xahish edirem aydinliq getirerdiniz, men bu borekden cox hazirlamaq isterdim, ona gore de sizden cavab gozleyirem.

Onceden teshekkur edirem.

Hormetle,
Aysel Aliyeva
Reseptaz (21 noyabr 2013 14:27)
salam, nece fetirle , tam olaraq basa dusmedim...
nuray (21 noyabr 2013 13:02)
fetirle etmek olar????????????

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.