Kartof ilə tomatlı qazan kotleti



Ərzaqlar:



(6 nəfərlik)

450-500 q soğanla çəkilmiş qoyun ya da mal əti (əti 2 ədəd baş soğanla ət maşınından keçirdirik)

5-6 ədəd orta kartof

2 ç.q tomat

2 x.q əridilmiş kərə yağı

2-3 x.q birki yağı

Duz

Istiot


Hazırlanması:

Soğanla çəkilmiş ətin içinə duz istiot vurub kotlet hazırlayib qazanın içinə yığırıq.





Kartofun qabığını təmizləyib yuduqdan sonra iki bölü doğrayırıq.



Doğranmış kartofu kotletlərin üstünə yığırıq.



Üstünə duz istiot səpirib yağını tökürük.



Balaca kasada tomatın üstünə 1 stəkan su töküb qatışdırırıq.



Qarışığı kartofun hər tərəfinə qaşıqla tökürük.



Yeməyi əvvəlcə gur odda qaynadıb kəfini yığırıq.



Sonra vam odda 1 saat bişiririk. Suyu çəkilib yağa düşəndə yemək hazırdı.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (28 iyun 2015 16:13)
Cox dadli yemekdi, hazirladim ve beyendim
Reseptaz (21 avqust 2014 13:26)
Çox sağ olun.Təşəkkür edirik.
GULNARE (06 iyun 2014 13:11)
SEHIFENIZI COX BEYENIREM!ALLAH SIZE KOMEK OLSUN!SUPPERDI VALLAH!
Vusale Adiyeva (03 iyun 2014 09:45)
çox sağ olun deyişik yemekdi ellerinize sağlıq!
nigar (23 may 2014 11:47)
lule kabab

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.