Kartof ilə badımcanlı qat-qat



Ərzaqlar:



6 ədəd kartof

4 ədəd badımcan

4 ədəd pomidor

4 x.q xama ya da mayonez

100 q holland pendiri

1-2 diş sarımsaq

Duz

Istiot


Hazırlanması:

Badımcanın qabığını soyub halqa doğrayırıq. Duzlayıb 10-15 dəqiqə saxlayırıq.



Sonra sıxıb acı suyunu çıxarıb yuyuruq. Az düz səpib yağda hər iki üzünü qızardırıq.



Kartofu suda bişirib qabığını soyub halqa doğrayırıq.



Sarımsağın qabığını soyub yuyub xırda doğrayırıq.



Doğranmış sarımsağı xamaya ya da mayonezə əlavə edib qarışdırırıq.



Pomidoru yuyub halqa doğrayırıq.



Pendiri sürtgəcin xırda gözündən keçiririk.



Qaba əvvəlcə doğranmış kartofu düzürük. Üstünə duz və istiot səpirik.



Kartofun üstünə xama ya da mayonezin yarısını töküb yayırıq.



Üstünə qızarmış badımcanı düzürük.



Xamanın ya da mayonezin qalan yarısını yayırıq.



Üstünə pomidor halqasını düzürük.



Pomidorun üstünə duz və istiot səpib hər bir tərəfinə pendiri tökürük.



180 dərəcə qızdırılmış sobada 1 saata bişiririk.



Yeməyi süfrəyə verdikdə zövqə görə keşniş, şüyüd ya da cəxəri xırda doğrayıb səpə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Guler (11 iyul 2015 03:25)
Bu gun biwirdim bu yemekden dadli cixdi coox beyendim.
Reseptaz (06 yanvar 2014 00:02)
sirniyyat bolmesine baxin zehmet olmasa
elmeddin (05 yanvar 2014 19:28)
tortlariniz yoxduuuuuuuuuuuuuur
murat boz (03 yanvar 2014 13:25)
kartof qizartmasi: kartofu dorgayiriq ve sapilcaya qoyuruq qoyduqdan sonra kartofun usdune zelandiya yagi qoyuruq ve qoyuruq on deqqiqe qalsin sonra ise goturun!
cehun (03 yanvar 2014 09:05)
yayda bisirerik insaallah

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.