Kartof dolması



Ərzaqlar:



300 q hazır bişmiş qiymə(Soğan, duz və istiot vurulmuş)

14-15 ədəd kartof

2 x. qəridilmiş kərə yağı

1/2 ç.q sarıkök

1 balaca dəstə şüyüd.

Duz

Istiot


Hazırlanması:

Kartofun üstünü yuyub duzlu suda bişiririk.



Bişdikdən sonra qabığını soyuruq.



Kartofların kiçik qaşıqla içini çıxardırıq. (Əgər istəsəniz içindən çıxan kartofları qiyməyə qarışdıra bilərsiniz. Onda dolmalıq kartofların sayını çoxaldarsınız.)



Hazır bişmiş qiymənin üstünə şüyüdü yuyub xırda doğrayıb tökürük və qarışdırırıq.



Qiyməni kartofların içinə yığırıq.



Qazana yığılmış dolmaların üstünə sarıkök səpib yağ tökürük. Az miqdarda su da əlavə edirik. (Su tökməyə də bilərsiniz.)



Vam odda hazır olanadək bişiririk. Dolmamız hazırdır.



Dolmanı süfrəyə verdikdə yanında müxtəlif növ tutmalar qoyulur.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (07 mart 2014 10:41)
nush
Fidan (04 mart 2014 22:55)
sisdim lap sabax bisirecem
Reseptaz (13 fevral 2014 22:03)
Salam. Suda kartofu tam bişirmək lazımdı. Amma elə götürün ki dağılmasın. Sobada bişirilən növü də quru yeməklərdə var. Ordan reseptinə baxa bilərsiniz.Təşəkkürlər.
jale (13 fevral 2014 21:43)
dadli yimeye oxwuyur.birde gunay xanim reseptlerin icinde varda
gunay (13 fevral 2014 21:16)
sobada makaronu nece bisirmek olar
nezrin (12 fevral 2014 12:25)
Kartofu ne qeder bisirmeliyik??tam bismis yoxsa az miqdarda ciy qalmalidir??
gunel (12 fevral 2014 10:58)
bes kartof 2 defe bisir ezilmirr?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.