Kartof dolması



Ərzaqlar:



18-20 ədəd orta ölçülü kartof

150-200q xama

1 x.q əridilmiş kərə yağı

Duz

Istiot

İçlik üçün:

500-600 q bişmiş qoyun ətinin qiyməsi

1/3 ç.q sarıkök


Hazırlanması:

İçliyi hazırlamaq üçün 500-600 qr qoyun ətini 2 baş soğanla ət maşınından keçirib əvvəl yağ töküb qovururuq. Sonra az su əlavə edib tamam yağa düşənə qədər bişiririk. Duz, istiot və sarıkök əlavə edirik.



Kartofun qabığını soyub yuyuruq.



Yuyulmuş kartoflarin şəkildəki kimi üstünü qapaq kəsib içini çıxardırıq.



Kartofların hamısını bu şəkildə düzəldirik.



Kartofun içinə və üstünə az duz və istiot səpirik.



İçinə hazır qıyməni yığırıq. Sobaya qoyacağımız qaba yağ töküb içi dolmuş kartofları yan-yana yığırıq.



Kartofların üstünə xama çəkib 180-200 dərəcədə qızdırılmış sobada hazır olanadək bişiririk.



Kartofların üzü qızarıb bişəndə hazır olacaq.



Yeməyi süfrəyə verdikdə zövqə görə üstünə göyərtini (keşniş, şüyüd)xırda doğrayıb səpirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Toyuq plov(Çolpa plov)
(Şuşa mətbəxi) Ərzaqlar: 4 st uzun düyü 1 ədəd toyuq 200 q zoğal və ya zoğal axtası 4-5 x.q əridilmiş kərə yağı 3-4 ədəd baş soğan Zəfəran Duz İs
.Sarımsaqlı toyuq
(Çəbrayıl mətbəxi) Ərzaqlar: 1 kq toyuq əti 50 q kərə yağı 2-3 x.q duru yağ 3 diş sarımsaq 1 x.q kəklikotu Duz Istiot Hazırlanması: Kə
.Qazmaq -2
Ərzaqlar: (28 sm diametri olan qazan üçün) 1 st un 50 q yağ 1 ədəd yumurta 1/3 ç.q duz Hazırlanması: Yumşaq kərə yağı ilə unu ovuruq. Ü
.Səbzi plov
Ərzaqlar: 500 q ət 4-5 x.q əridilmiş kərə yağı 4 st düyü 3 ədəd baş soğan 1 dəstə şüyüd 1 dəstə kəvər 1 dəstə turşəng 1 dəstə cəfəri 1 də
.Sobada beşamel soslu toyuq qızartması
Ərzaqlar: 1 kq toyuq əti 2 ədəd baş soğan 2 ədəd şirin bibər 2 ədəd pomidor 1 x.q pomidor məti (tomatı) 3 diş sarımsaq 3 x.q əridilmi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (24 noyabr 2014 20:15)
Salam.nuş olsun.
keklik (21 noyabr 2014 22:12)
kartof dolmasini beyendim


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.