Kakaolu kəsmikli piroq



Ərzaqlar:

Xəmir üçün:



1,5 st un

100 q kərə yağı

3 x.q şəkər tozu

1 x.q kakao

1 ədəd yumurta

1 paket qabartma tozu

1 paket vanil

İç üçün:



600 q kəsmik

2/3 st şəkər tozu

4 ədəd yumurta

75 q kərə yağı

3 x.q kartof nişastası

1 x.q dolu kakao

1 paket vanil

1 ədəd limonun qabığı

1 nəlbəki qoz ləpəsi


Hazırlanması:

Əvvəlcə xəmiri düzəldirik. Yumşaq kərə yağı ilə şəkər tozu və vanili qarışdırırıq.



Sonra yumurtanı əlavə edib qarışdırırıq.



Kakaonu əlavə edib qarışdırırıq.



Qabartma tozunu və unu əlavə edib xəmiri düzəldirik.



Xəmiri diametri 25 sm olan qaba yayırıq.



Qoyuruq soyuducuya və içliyimizi hazırlayırıq.

Kəsmiyi çəngəl ilə əzib qarışdırırıq.



Şəkər tozunu və vanili əlavə edib yenə qarışdırırıq.



Yumşalmış yağı əlavə edib qarışdırırıq.



Yumurta sarısını ağından ayırıb sarısını töküb qarışdırırıq.



Nişastanı əlavə edib qarışdırırıq.



Qozu xırda doğrayırıq. Qarışığa qozu əlavə edib yaxşı qarışdırırıq.



Sonra yumurta ağını tamam köpüklənənə qədər mikserlə çalırıq.



Çaldığımız yumurta ağını az-az qarışığa əlavə edib ehtiyatla qarışdırırıq.



Qarışığı iki hissəyə bölüb birinə kakaonu o birinə isə limon qabığını töküb qarışdırırıq.





Qaba yaydığımız xəmirin üstündən əvvəlcə limonlu içliyi töküb yayırıq.



Sonra kakaolu içliyi töküb yayırıq.



180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk. Piroq bişdikdən sonra sobanı sondürün 5-10 dəqiqə içində qalsın. İlıq olanda qabdan çıxardırıq.





Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qurabiyə tortu
Ərzaqlar: ½ banka qatılaşdırılmış süd 50 q qoz ləpəsi 50 q qara kişmiş 50 q tünd şokalad Üstü üçün: 200 q krem qaymaq 190 q tünd şokalad
.Bananlı çiyələkli tort
Ərzaqlar: Bizkvit üçün: 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket qabartma tozu 1 paket vanil Krem üçün: bax qaymaqlı krem 3 ya da maska
.Cemli piroq
Ərzaqlar: 200 q kərə yağı 1 st şəkər tozu 2 ədəd yumurta 1 paket qabartma tozu 1 paket vanil 3 st un İçlik üçün: 200 q cem Hazırlanması:
.Qu quşu pirojnası
Ərzaqlar: 4 ədəd yumurta 1 st un 1 st süd ya su Bir çimdik duz 100 q kərə yağı Krem üçün: İstədiyiniz növdə krem istifadə edə bilərsiniz Ha
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nazli (11 sentyabr 2015 14:27)
salam. ellerinize sagliq. ela reseptler yazirsiz. men bundan bisirecem gorum qaynanam beyenecekmi? :)
Reseptaz (17 avqust 2014 19:55)
Təşəkkür edirik.
Sevil (17 may 2014 04:48)
Cox beyenirem bu sayti.cox sag olun
asi (07 fevral 2014 13:57)
sirniyat resepti
Reseptaz (12 yanvar 2014 20:51)
Təşəkkür edirik.
teyyube (29 dekabr 2013 21:58)
cox qeseng gorunur...
Reseptaz (29 dekabr 2013 12:07)
tesekkurler
Aydan (29 dekabr 2013 11:00)
salam
Aydan (29 dekabr 2013 10:59)
maraqli receptleriniz var

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.