Kakaolu kakoslu qurabiyə



Ərzaqlar:

Xəmir üçün:



4,5 st un

125 q kərə yağı (yumşalmış)

5 x.q qatıq

1/2 st bitki yağı

2 ədəd yumurta (bir yumurta ağı içliyinə)

1/2 st şəkər kirşanı

1 paket qabartma tozu

1 paket vanil

3 ç.q kakao

İç üçün:

1,5 st kakos

4 x.q şəkər kirşanı

1 yumurta ağı

Üstünə səpmək üçün:

1 x.q şəkər kirşanı


Hazırlanması:

Xəmiri hazırlamaq üçün undan başqa bütün ərzaqları qaba töküb qaşıqla qarışdırırıq.



Sonra ələnmiş unu əlavə edib yumşaq xəmir düzəldirik.



Xəmiri bir kənara qoyub içliyi hazırlayırıq. Kakos, 4 x.q şəkər kirşanı və 1 ədəd yumurtanın ağını yaxşı qarışdırırıq.



Xəmirdən eyni ölçülü 20-21 kündə düzəldirik. Kündənin birini diametri 10 sm olmaqla dairəvi yayırıq.



İçlikdən 2 ç.q xəmirin ortasına qoyub bükürük.





Bükülən tərəfi alta çevirib qaba kağız sərib aralı yığırıq.







200 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.



Sobadan çıxaran kimi üstünə şəkər kirşanı səpirik.



Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Çizkek
Ərzaqlar: Alt qatı üçün: 1,5 paket eti petit beurre 150 q kərə yağı İçliyi üçün: 600 qr labinə pendir 400 qr krem qaymaq 3 x.q un 3 ədəd yum
.Moruqlu tort 2
Ərzaqlar: Biskvit üçün: 12 ədəd yumurta 2 st şəkər tozu 2 st un 2 paket vanil Krem üçün: 200 qr pəhriz kəsmik 1 st şəkər tozu 200 q krem qaymaq
.Kəsmikli piroq 6
Ərzaqlar: Ovxantı üçün: 2,5 st un 200 qr yağ 1/2 st (yarım st.) şəkər tozu 1 paket vanil 1 paket qabartma tozu İçliyi üçün: 400 q pəhriz kəs
.Türk paxlavası
(Türk mətbəxi) Ərzaqlar: 20 ədəd paxlavalıq yuxa 250 q kərə yağı 2 st çəkilmiş qoz ya da fındıq ləpəsi Şərbət üçün 2 st su 2 st şəkər t
.Laz börəyi
(Türk mətbəxi) Ərzaqlar: 12 ədəd paxlavalıq yuxa 150 q kərə yağı Mühəlləbisi üçün: 1 ədəd yumurta sarısı 2 x.q un 2 x.q buğda nişastası
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Nana (31 yanvar 2016 22:05)
Hazirladim yaxwi alindi.twekkurler size
Nana (31 yanvar 2016 22:04)
Hazirladim yaxwi alindi.twekkurler size
Dilate (18 yanvar 2015 11:30)
Ela alindi man hazirladim
Reseptaz (29 dekabr 2014 23:28)
Təşəkkür edirik.
Ramile (27 dekabr 2014 05:39)
KAKOSU XOSLAYIRAM.NE ISE BUNU BEYENMEDIM.AMMA BISIRDIYIM QALAN RESEPTLERINIZI BEYENMISEM
Reseptaz (22 dekabr 2014 23:18)
Kakosu xoşlayanlar üçün yaxşıdır.Təşəkkürlər.
Ramile (21 dekabr 2014 17:25)
BISIRDIM.AMMA COX DA BEYENMEDIM
Reseptaz (06 dekabr 2014 22:41)
şəkər kirşanı olsa yaxşıdı.nuş olsun.
aygun (06 dekabr 2014 16:27)
salam seker kirsani yoxdursa pesok olar?
Reseptaz (04 fevral 2014 22:39)
Təşəkkür edirik.
gunay (26 oktyabr 2013 19:56)
super

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.