Kakaolu biskvit



Ərzaqlar:



5 ədəd yumurta

1 st şəkər tozu

2/3 s tun

1/3 st buğda nişastası

2 x.q kakao

1 paket qabartma tozu


Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb ağını bərkiyənədək mikserlə çalırıq.




Sonra şəkər tozunu az-az əlavə edib çalırıq.



Yumurtanın sarılarını əlavə edib çalırıq.



Un, nişasta, kakao və qabartma tozunu bir qaba töküb qarışdırırıq. (Qarışığı ələkdən keçirsəniz daha yaxşı olar)



Qarışığı yumurta ağının üstünə az-az töküb taxta qaşıqla qarışdırırıq.



Qaba kağız sərib ya da yağlayıb unlayıb xəmiri tökürük.(qabın diametri 26 sm)



180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqəyə bişiririk.



Soyuduqdan sonra biskviti iki yerə bölürük. Bölünmüş biskviti tortlarda istifadə edə bilərsiniz.




Nuş olsun!


OXŞAR YAZILAR
.Kakaolu krem 2
Ərzaqlar: 3 x.q kakao 200 q kərə yağı 1 qutu qatılaşdırılmış süd 1 paket vanil Hazırlanması: Yağı ağaranadək mikserlə çalırıq. Sonra qatı
.Od Çərşənbəsi
Boz ayda qeyd edilən ikinci çərşənbə - Od çərşənbəsidir. Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd
.Qaymaqlı krem 2
Ərzaqlar: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket vanil Hazırlanması: Qaymağı qaba töküb mikserlə qatı olanadək çalırıq. Sonra van
.Xamalı biskvit
Ərzaqlar: 200 q xama 6 ədəd yumurta 1 st şəkər tozu 1 st un 1 paket vanil 1 paket qabartma tozu Zövqə görə xəmirə limon qabığı tökə bilərsiniz.
.Bulka xəmiri
Ərzaqlar: (35-40 bulka alınır) 200 qr kərə yağı 2,5 st süd 3 ədəd yumurta(2 sarısı üzünə) 3/4 st şəkər tozu 3/4 ç.q duz 1 paket tez maya1 paket
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (16 iyul 2015 09:39)
salam, nisasta ile xemiri daha yaxsi alinir
deniz (15 iyul 2015 16:38)
salam bugda nisastasi olmasa olmur???xais edirem yazardizda
Nurane (17 may 2015 11:15)
Wirin
Nilay Əlizadə (07 may 2015 21:29)
Salam biskvite soda atanda yaxsi qabarir yoxsa qabartma tozu atanda xahis edirem cavablandirin
Reseptaz (05 may 2015 22:21)
Salam. Qabın altına da sərmişik. Harda ki kağız qat verir orası düz deyirsiniz hamar olmur.təşəkkürlər.
Sekulaya ve Zekulya (04 may 2015 20:40)
Salam siz kağızı tavanın altına sərməliydiz. Amma siz kənarlarına sərdiniz ona görə də kənarları hamar olmadı...(məsləhət)
Ayten (06 aprel 2015 15:54)
Nuş olsun!
Reseptaz (24 fevral 2015 22:22)
Buğda kraxmalı.
dilber (23 fevral 2015 22:58)
Bugda nisastasi nedi

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.