İspanaqlı gül börək (Türk mətbəxi)



Ərzaqlar:



4 ədəd börək yuxası

4 orta dəstə ispanaq

2 ədəd baş soğan

1 st süd

1/2 st zeytun yağı

150-200 q pendir

1x.q çörəkotu

1 ədəd yumurta

Duz

Istiot


Hazırlanması:

İspanağı təmizləyib yuduqdan sonra xırda doğrayırıq.



Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.



Zeytun yağından 3- x.q əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Doğradığımız ispanağı soğanın üstünə əlavə edirik. Zövqə görə duz və istiotunu da tökürük.



İspanağı da 10-15 dəq qovurub götürürük. Qoyuruq soyuyur. Pendiri əzirik.



Süd ilə yağı qarışdırırıq. Yuxaları bir-bir sərib süd ilə yağ qarışığı çəkirik. Dörd yüxanı üst-üstə bu qayda ilə isladırıq.



İslanmış yuxanı dörd yerə bölürük.Hər bir yuxanın enli tərəfinə əzilmiş pendir səpib ispanaq qovurmasından qoyuruq.



Hər bir yuxanın qatını götürüb bükürük.Bu qayda ilə bütün kəsilmiş yuxalara içlik qoyub bükürük.







Bükülmüş börəkləri qaba kağız sərib yığırıq.



Börəklərin üzünə yumurta çəkib çörəkotu səpirik.



210-220 dərəcədə qızdırılmış sobada üzü tamam qızaranadək bişiririk.



Börəklərimiz hazırdır.



Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə səbzi qovurmalı qiyməli piroq
Ərzaqlar: 800 q yağlı xəmir 200 q hazır bişmiş qiymə 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı Göyərti (cəfəri, ispanaq, keşniş, şüyüd) hərəsindən b
.Toyuq əti ilə pizza
(2 ədəd pizza üçün) Xəmir üçün Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Üstü üçün:
.Pizza xəmiri
(2 ədəd pizza üçün) Ərzaqlar: 3 x.q duru yağ 1 ç.q dolu duz 1 paket tez maya 1,5 st ilıq su 4 st ələnmiş un Hazırlanması: Yağ, duz, maya v
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (27 fevral 2014 22:43)
tesekkurler. yuxalar ayri ayri kesilir
lamiye (26 fevral 2014 23:37)
birde sizden su bereyinin reseptini isteyirem.onceden tewekkur
lamiye (26 fevral 2014 23:35)
reseptlercun cox tewekkur edirem.amma anlamadigim birwey ust ustemi yigilir 4 xemir yoxsa ayrimi?
Reseptaz (25 yanvar 2014 21:31)
Salam. Tezliklə özüm börək xəmirini hazırlayıb sizlərlə bölüşəcəm.Təşəkkür edirəm.
sehla (21 dekabr 2013 11:35)
salam resepte gore saqolun mayali xemir deyende adi yuxa xemirini nezerde tutursuz?
Reseptaz (16 noyabr 2013 18:54)
fresco. bazarstore. neptun. ves-den men aliram
Lady (16 noyabr 2013 17:28)
Çox sağolun.Məsələn hansı böyük market mən bir ikisindən soruşmuşam,heç bilmirlər söhbət nədən gedir.Yada deyillər bizdə olmur.
Reseptaz (16 noyabr 2013 16:49)
bele lavashlar boyuk marketlerde satilir, borek lavasi sorusun versinler, soyuducuya qoyurlar
Lady (16 noyabr 2013 15:54)
Börək üçün lavaşı hardan ala bilərəm?
Rübabe (05 noyabr 2013 16:55)
indi mene qaranliqli qaldie bu ne pnedirdir adi pendir yoxsa holland pendiri zadi?
Rübabe (05 noyabr 2013 15:18)
cox sag olun ele menedemaraqliyidki xeemirin özumuz hazirlaya bilerik ya yox öyrendim tesekurler
Reseptaz (29 oktyabr 2013 22:42)
sizler sag olun..
MEHBULE (29 oktyabr 2013 20:10)
COX SAG OLUN,HER BIR SUALIMIZI CAVABLANDIRDIGINIZ UCUN,MINETDARAM
Reseptaz (26 oktyabr 2013 23:11)
beli, hazirlaya bilersiniz. adi mayali. duz ve suyla edeceyiniz xemirdir,
MEHBULE (26 oktyabr 2013 12:59)
SALAM,ISPANAKLI GUL BOREYININ YUXALARINI OXUMUZ HAZIRLAYA BILERIK,MUMKUNDURMU OZUMUZ ETMEK
MEHBULE (26 oktyabr 2013 12:58)
SALAM,ISPANAKLI GUL BOREYININ YUXALARINI OXUMUZ HAZIRLAYA BILERIK,MUMKUNDURMU OZUMUZ ETMEK
MEHBULE (26 oktyabr 2013 12:49)
SALAM,ISPANAKLI GUL BOREYININ YUXALARINI OXUMUZ HAZIRLAYA BILERIK,MUMKUNDURMU OZUMUZ ETMEK
Reseptaz (25 oktyabr 2013 18:59)
Tesekkur edirik, xos sozlerinize gore..
MeHbule (25 oktyabr 2013 17:51)
BUNA GORE COX SAG OLUN,MEN ISZIN RESEPTLERINIZI HEMISE BEYENIREM,CUNKI COX SELIQELI SEKILDE QEYD EDIRSINIZ,VE AYDIN GOSDERIRSINIZ
mehbule (25 oktyabr 2013 17:49)
reseplere gore cox sag olun
Reseptaz (25 oktyabr 2013 11:27)
Bu yuxalar hazir yuxadir, boyuk marketlerde satilir
Zerife (25 oktyabr 2013 02:01)
cox hasant oldu bu yeke yuxalar marketde satilir?
sevinc (24 oktyabr 2013 13:09)
salam borek yuxasini haradan almisiniz men tapa bilmirem,,,
esma (24 oktyabr 2013 11:37)
cox gozel gorsenir ellerinize saqliq yuxalari hardasn alirsiz?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.