İçi doldurulmuş toyuq plov



Azərbaycanın milli plov (aş) növlərindən biridir.

Ərzaqlar:



1 ədəd 1,5 kq–lıq toyuq

4 st uzun düyü

3 x.q əridilmiş kərə yağı

3 ədəd baş soğan

300q şabalıd

1/2 st kişmiş

8-10 ədəd qaysı

1 x.q nar turşusu (ya da təzə nar suyu)

1 ç.q zəfəran

Ç.q uçunda cirə

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Əvvəlcə düyünü 5-6 dəfə yuduqdan sonra suya qoyuruq.

Zəfəranın üstünə qaynar su töküb dəm almağa qoyuruq.

Toyuğu yuyub təmizlədikdən sonra duzlu suda yarıhazır veziyyətdə bişiririk.



Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.



Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq.



Kişmişi təmizləyib yuyuruq. Qaysını da təmizləyib yuyub dört bölürük. Şabalıdı təmizləyirik. Şabalıd, kişmiş, qaysı, turşu,duz, istiot və qovrulmuş soğanı qarışdırırıq.



Qarışığı toyuğun içinə yığırıq. (Artıq qalan içliyi düyünü tökdükdə yanına yığa bilərsiniz.) (İstəsəniz ip vasitəsi ilə tikə bilərsiniz.)



Toyuğun üstünə zəfəran suyu vururuq.



Adi qaydada düyünü bişirib süzürük. Süzülmüş düyünün üstünə zəfəranlı su tökürük.



Qazana az yağ töküb qızdırırıq.



Qatıq ilə yumurtanı qarışdırırıq. Düyüdən də tökürük qatığı da əlavə edib qarışdırırıq. Bir sm qalınlıqda yayırıq.



Üstünə az düyü töküb toyuğu qoyuruq.



Qalan düyünü də üstünə tökürük. Cirəni səpib, yağ əlavə edib dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.



Plovu süfrəyə verdikdə buluda düyünü çəkib toyuğu ortasına qoyub yanına qazmaq qoyuruq. Qaynar yağ əlavə edirik.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
.Sobada tərəvəzli kotlet
Ərzaqlar: 500 kq çəkilmiş qoyun əti 4 ədəd balaca baş soğan 2 ədəd kök 1 ədəd bibər 4-5 ədəd pomidor 150 q pendir 1 x.q əridilmiş kərə yağı + 2
.Toyuğun döş əti ilə sobada kartoflu yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd kartof 4 x.q duru yağ 2 diş sarımsaq 50 q kaşar ya holland pendiri Duz İstiot Hazırlanması: Karto
.Toyuğun döş əti ilə bibərli yemək
Ərzaqlar: 1 ədəd toyuğun döş əti 2 ədəd bibər (hər birinin yarısı) 4 x.q duru yağ 1 balaca baş soğan 50 q kaşar ya holland pendiri 3 x.q pomidor
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nura (26 sentyabr 2014 16:03)
elinize sagliq cox gozeldir mende duyu alinmir bilmirem niye belke duyunu duzgun secmirem siz hansi duyuden istifade edirsiz?
Reseptaz (20 avqust 2014 13:49)
Salam. Niyə alınmır yaxşı bişmir yoxsa yandırırsınız.Qazmağın yaxşı alınması üçün qazın xodunu vam qoymaq və qazanın altına mütləq dəmir parçası (ən yaxşısı çuğun tavadır) qoymaq lazımdır.
pervin (24 iyul 2014 17:23)
Men her weyi siz qeyd elediyiniz.kimi etdim.herweyi ama bu qazmaq hec cure.alinmir mende bilmirem ki niye alinmir :(
Reseptaz (25 mart 2014 15:22)
Salam. Dadlı bişirilən plovların bütün növləri gözəldir. Təşəkkürlər.
Shefeq (13 noyabr 2013 14:32)
Men Qebele aşını sevırem.TŞK

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.