Hinduşka ətindən şabalıdlı parça bozbaş



Ərzaqlar:



1 kq hinduşka əti

150 q təmizlənmiş şabalıd

100 q noxud (bişirilib təmizlənmiş)

2-3 x.q əridilmiş kərə yağı

2-3 ədəd kartof

2 ədəd baş soğan

1 ədəd heyva

15 ədəd alça turşusu (balaca)

Zəfəran

Duz

Istiot

Nanə qurusu


Hazırlanması:

Hinduşqa ətini təmizləyib yuyub suda bişiririk. Suyu qaynamağa başlayanda kəfini yığırıq. (Hinduşqa ətinin gözəl olmağını istəyirsinizsə suyuna 1 baş soğan və 4-5 alça turşusu töküb bişirə bilərsiniz) Bişməyə az qalmış suyuna duz əlavə edirik.

Bişdikdən sonra sudan çıxardırıq.

Soğanı təmizləyib yuyub xırda doğrayıb qazana yağ və duz töküb qızılı rəngdə olanadək qovururuq.



Əti soğanın üstünə töküb az qovurub ətin öz suyundan töküb kartöfu təmizləyib yuyub 2-4 yerə bölüb yeməyə əlavə edirik. Alça turşusunu əlavə edirik.




Kartof bişənə yaxın şabalıdı noxudu və dilimlənmiş heyvanı əlavə edirik. Dəmlənmiş zəfəran suyunu əlavə edirik.



Yemək hazır olanda süfrəyə isti-isti verilir. Üstünə nanə qurusu tökürük.



Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
gulzar (06 dekabr 2014 14:55)
inşallah...
Reseptaz (06 dekabr 2014 14:44)
fikrimdə tutmuşam.allah qoysa bişirəcəm.təşəkkürlər.
nihan (06 dekabr 2014 13:46)
cox sagolun)
gulzar (06 dekabr 2014 00:03)
yeni il ərəfəsində hinduşkanı qızardıb bizlə paylaşsaydınız çox sevinərdim :) indidən təşəkkür edirəm.
Reseptaz (05 dekabr 2014 22:28)
Salam. Börəklər hazır yuxadan yaxşl alınır. Özünüz etsəniz adi un.duz.sudan hazırlanan xəmri nazik yuxa yayıb sacda təpidib soyuduqdan sonra istifadə edə bilərsiniz.
nihan (05 dekabr 2014 20:52)
zehmet olmasa borek ucun ev usulu yufka nece hazirlanir deye bilersiz? burda hansi borek reseptine baxdimsa, coxsunda hazir borek yuxasi yazilib.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.