Günəş poğaça



Ərzaqlar:



1 st qatıq

125 q kərə yağı

1/2 st duru yağ

2 ədəd yumurta (1 ədəd sarısı üzünə)

1 paket qabartma tozu

1/2 ç.q duz

4,5 st un

İç üçün:

150-200 q ağ pendir

1 balaca dəstə cəfəri

Üz üçün:

1 ədəd yumurta sarısı

1 x.q çörəkotu


Hazırlanması:

Pendiri sürtgəcdən keçiririk ya da çəngəl ilə əzirik. Cəfərini təmizləyib yuyub xırda doğrayıb pendirin üstünə töküb qarışdırırıq. İçliyimiz hazırdır.



Yağı əridirik. İlıq olanda dərin bir qaba yağı, qatığı, duru yağı, duzu, qabartma tozunu, yumurtanı töküb qarışdırırıq.



Sonra ələnmiş undan az–az töküb qaşıqla əvvəl qarışdırıb sonra əlimizlə yumşaq xəmir yoğururuq.




Xəmirdən 16-18 kündə düzəldirik.



Kündənin birini götürüb 0,5 sm qalınlıqda yayırıq.



1 ç.q içlik qoyub bükürük.




Bükülən tərəfi alta olmaqla yenidən qalınlığı1 sm yayırıq.



Bıçaqla 6 ya da 8 yerə bölürük.




Soba qabına kağız sərib yığırıq.



Üzünə yumurta sarısı çəkib çörəkotu səpirik.



190-200 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.




Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 noyabr 2014 00:19)
Nuş olsun.
Irade (16 oktyabr 2014 02:11)
Men bunu hazirladim.yaxwi alindi.amma ele biraz quru kimi oldu.amma dadi yaxwiydi ve gorunuwude.coxsagolun
Irade (14 oktyabr 2014 13:00)
Hal hazirda bu resepti biwirirem.gorek nece alinacaq
Reseptaz (19 avqust 2014 08:54)
Çox sağ olun.Nuş olsun.
yagut (19 avqust 2014 00:43)
cox gozel sherh olunmush reseptlerdi..teshekkur edirem..
Reseptaz (21 iyul 2014 09:37)
cox sag olun, haminiza tesekkurler
Mila (20 iyul 2014 12:20)
Superdi.indice ressepti goturub bisirdim.cox yaxsi alindi.usaqlarinda xosu geldi.Cox sag olun.Demey olarki evde ne bisiriremse buranin ressepti ile bisirirem.
mah (19 iyul 2014 18:49)
mehriban xanimin sozune guvvet,elleriniz derd gormesin.dogrudan da saytiniz superdir.yemeklere de soz ola bilmez.burdan her sey oyrenirem men de.cox sag olun ki,verdiyimiz suallari da cavablandirirsiniz.
Mehriban (19 iyul 2014 16:49)
CHOX SAG OLUN XANIM ELLERINIZ DERD GORMESIN BU SAYT CHOX GOZEL SAYTDI .davamli olsun。 men burdan choxlu reseptler oyrenmishem。

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.