Gül poğaça



(Türk mətbəxi)

Ərzaqlar:



Xəmir üçün:

3 st un

1/2 st süd

1/2 st duru yağ

1 ç.q duz

1 paket quru maya(10q)

1 ədəd yumurta +1 ədəd yumurta ağı

İçlik üçün:

200 q ağ pendir

1 balaca dəstə cəfəri

Üzü üçün:

1 ədəd yumurta sarısı

1-2 ç.q çörək otu


Hazırlanması:

Südü ilıq istidirik. Qaba yağı, südü, duzu, mayanı, yumurtanı və bir yumurtanın ağını əlavə edib qarışdırırıq.



Ələnmiş unu qarışığa az-az əlavə edib qaşıqla qarışdırırıq.



Sonra əlimiz ilə normal xəmir yoğururuq. Xəmiri 1-2 saat isti yerdə qoyuruq acıyır.



İçliyi hazırlamaq üçün pendiri sürtgəcin böyük gözündən keçiririk. Ya da çəngəl ilə əzirik. Cəfərini təmizləyib yuyub xırda doğrayıb prendir ilə qarışdırırıq. İçliyimiz hazırdır.



Xəmir hazır olduqda 20 kündə düzəldirik.



Kündənin birini götürüb 0,5 sm qalınlıqda yayırıq.




Bıçaqla yan hissələrdən dörd yerə kəsirik.



Ortasına 1 ç.q içlik qoyub şəkildəki kimi bükürük.







Gül formasında hazırlanmış poğaçanın uc hissələrini çöl tərəfə əyirik.



Soba qabına yığırıq.



Üzünə yumurta çəkib çörək otu səpirik.



200 dərəcə qızdırılmış sobada (20-25 dəqiqəyə) üzü qızaranadək bişiririk.




Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə qiyməli piroq
Ərzaqlar: 350 q çəkilmiş ət 2 baş soğan Duz İstiot 2 x.q əridilmiş kərə yağı 800 q yağlı xəmir (hazır napoleon üçün xəmir) Üzü üçün: 1 ə
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (25 may 2015 09:53)
tesekkurler
SMZM (23 may 2015 18:24)
Salam,hazirladim bunu da cox lezzetli oldu,pendirle de eledim,qiymeyle de,amma.pendirli daha dadli oldu mence,cox sag olun lezzetli reseptler ucun.
Reseptaz (07 may 2015 20:02)
Salam. Paketdə olan maya tez mayadır. Xəmir tez acıyır. Adi Maya ilə olan xəmirdən çox şişir. yaxşı xəmiri olur.
Klesar (07 may 2015 02:34)
Salam.quru maya adi corek xemrine ist etdyimz drojdan neyle ferqlidi?evezlemek oar.i?
Lale (28 mart 2015 02:07)
Salam bagiwlayin 10qram quru paket mayanin yerine adi droj istifade etmek olar?olarsa ne qeder istifade edim?birde pendir duzlu olmalidi yoxsa wit?evde pendir var ama cox duzludu ondan alinar?
Reseptaz (11 dekabr 2014 22:05)
Nuş olsun.
Aysel (11 dekabr 2014 21:10)
Ne qewenggg. Biwirecem bunnan. Cox twk.
Reseptaz (13 iyul 2014 12:21)
tesekkurler, cox sag olun.
gulu (12 iyul 2014 22:03)
salam coxx superdi cox saolun..bisirdim bele gewey reseptler tez tez gozleyirik
Reseptaz (04 iyul 2014 09:25)
tesekkurler, nush olsun..
sona (03 iyul 2014 19:52)
cox qewengdi.hetta anam indi biwirir
elmira (29 iyun 2014 14:21)
Salam
elmira (29 iyun 2014 14:19)
Salam

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.