Göyərti qutabı (kətə)



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



4-5 st un

1 yumurta

1 ç.q duz

Aparanadək  ilıq su

Zövqə görə sarıkök əlavə edə bilərsiniz.

Yuxaları yaymaq üçün:

4-5 x.q un

İç üçün:



10 dəstə göyərti  (keşniş, şüyüd, ispanaq, göy soğan, nanə, sarımsaq, cəfəri, turşəng, kəvər, cincilim və s)

Zövqə görə duz

Qutabın aralarına sürtmək və qızartmaq üçün:

Quyruq

Kərə ya da bitki yağı

Üstü üçün:

Sumaq (zövqə görə)

Qatıq


Hazırlanması:

Unu bir qaba ələyib duzu səpib ortasına yumurtanı sındırırıq və suyu əlavə edib qaşıqla qarışdırırıq.



Sonra əlimiz ilə normal xəmir yoğururuq.



Xəmiri balaca hissələrə bölüb kündəliyirik. Üstünə salafan örtürük qurumasın.



İçliyi hazırlayırıq. Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq. Doğranmış göyərtiyə duz səpib yaxşı qarışdırırıq (ya da göyərtini yuxanın üstünə töküb duzu səpirik).



Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq.



Yuxanın yarı hissəsinə içlikdən qoyub yayırıq.



Yuxanı iki qatlayırıq və yanlarını bərkidirik.



Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardırıq.



Bu şəkildə bütün qutabları hazırlayırıq. Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun, onda həm yumşaq, həm də dadlı olur.



Qutabları süfrəyə verərkən quyruq, kərə ya da bitki yağından az istifadə etməklə yenidən isidib veririk.



Zövqə görə üstünə sumaq səpib yanında qatıq verə bilərsiniz.



Nuş olsun!


OXŞAR YAZILAR
.Qiyməli poğaça
Ərzaqlar: 1 st qatıq 1/2 st duru yağ 125 q kərə yağı 2 ədəd yumurta (1 yumurta sarısı üzü üçün saxlanılır) 1 paket qabartma tozu 1/2 ç
.Poğaça-3
Ərzaqlar: 1 st qatıq 1/2 st duru yağ 125 q kərə yağı 2 ədəd yumurta(1 yumurta sarısı üzü üçün saxlanılır) 1 paket qabartma tozu 1/2 ç.
.Büzgülü duvak börəyi
Ərzaqlar: 2 ədəd börək yuxası 1 st süd 1/2 st duru yağ İç üçün: 100 q ağ pendir Zövqə görə balaca dəstə cəfəri Üz üçün: 1 ədəd
.Günəş poğaça
Ərzaqlar: 1 st qatıq 125 q kərə yağı 1/2 st duru yağ 2 ədəd yumurta (1 ədəd sarısı üzünə) 1 paket qabartma tozu 1/2 ç.q duz 4,5 st
.Çiçək poğaça
(Türk mətbəxi) Ərzaqlar: Xəmir üçün: 125 q kərə yağı 1/2 st süd 2 ədəd yumurta (1 ədəd sarısı üx üçün) 1/2 ç.q şəkər tozu 1/2 ç.q
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (21 mart 2014 20:10)
Təşəkkürlər Nuş olsun.
guler (21 mart 2014 16:48)
cox leziz.
guler (21 mart 2014 16:48)
cox lezzetli.
Guler (27 yanvar 2014 01:47)
Mende isteyirem cox Dadli gorsenir
Reseptaz (25 yanvar 2014 21:40)
Salam. Bu tək göyərti ilə olan növüdür. İstəsəniz pendir də vura bilərsiniz. Məncə də həyətdə sac üstündə bişən kətənin dadına heç nə çatmaz.Həm də köməkli deyə-gülə bişirdikdə.Təşəkkürlər
Teyyube (09 yanvar 2014 14:47)
her bahar gelishine kucede qadinlar toplashib kete bishiririk,hem dadi,hem maragi gozeldi...
Gülxar (20 dekabr 2013 21:17)
Bes pendir vurulmur?
Reseptaz (18 noyabr 2013 09:15)
cox sag olun..
İlahe (17 noyabr 2013 19:54)
Görüntüsü möhtəşəm.... əminəm dadıda elə gözəldir...olsaydı ikisin yiyerdim...... əlləriniz dərd görməsin
Reseptaz (17 noyabr 2013 19:04)
salam, texminen 12 eded
zeyneb (17 noyabr 2013 17:30)
salam, bu resepte gore nece eded qutab alnir ?
Reseptaz (09 noyabr 2013 17:06)
tesekkurler
jale (09 noyabr 2013 11:47)
choox gozeldi elerinize sagliq.


Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.