Göyərti ilə kəsmik qutabı (kətə)



Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

Xəmir üçün:



4 st un

1/3 ç.q sarıkök (zövqə görə)

1 yumurta

1 ç.q duz

1 st + 1/4 st ilıq su

Yuxaları yaymaq üçün:

4-5 x.q un

İç üçün:

400 q quru pəhriz kəsmiyi

2 x.q duru alça turşusu (turşu əvəzinə 1 ədəd narın dənəsini götürə bilərsiniz)

Göyərti (2 dəstə keşiş,2 dəstə şüyüd,2 dəstə ispanaq, 1 dəstə göy soğan,1 dəstə nanə 2 zoğ sarımsaq)

(başqa göyərtilərdən də istifadə etmək olar: turşəng, kəvər, cincilim və s.)

Zövqə görə duz

Qutabın aralarına sürtmək və qızartaq üçün:

Quyruq

Kərə ya da bitki yağı

Üstü üçün:

Sumaq (zövqə görə)


Hazırlanması:

Unu bir qaba ələyib duzu və sarıkökü səpib ortasına yumurtanı sındırırıq.



Suyu əlavə edib qaşıqla qarışdırırıq.



Sonra əlimiz ilə normal xəmir yoğururuq.



Xəmiri balaca hissələrə bölüb kündəliyirik. Üstünə sellafan örtürük qurumasın.



İçliyi hazırlayırıq. Alça turşusu ilə kəsmiyi qarışdırırıq.



Göyərtiləri doğrayırıq.



Doğranmış göyərtini kəsmiyə əlavə edib duz səpib yaxşı qarışdırırıq.



Kündənin birini götürüb altına un səpib nazik yuxa yayırıq.



Yuxanın yarı hissəsinə içlikdən qoyub yayırıq.



Yuxanı iki qatlayırıq və yanlarını bərkidirik.



Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardırıq.





Bu şəkildə bütün qutabları hazırlayırıq. Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun onda həm yumşaq həm də dadlı olur. Qutabları süfrəyə verərkən quyruq, kərə ya da bitki yağından az istifadə etməklə yenidən istidib veririk. Zövqə görə üstünə sumaq səpə bilərsiniz.



Nuş olsun!

OXŞAR YAZILAR
.Boxça blinçik - toyuq əti və yumarta ilə.
Ərzaqlar: 300 q toyuğun döş əti 2 ədəd yumurta 2 baş soğan 3 x.q yağ Duz İstiot Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri Bağlamaq üçün göy s
.Yağlı xəmir ilə nutellalı gül 2
Ərzaqlar: Yağlı xəmir Nutella Üzü üçün yumurta Hazırlanması: Böyük ölçülü yağlı xəmiri uzununa iki yerə bölürük. Sonra hər birinə
.Yağlı xəmir ilə qiyməli kökə 2
Ərzaqlar: 10 ədəd kvadrat yağlı xəmir 250 q hazır bişmiş qiymə 100 q kaşar ya da holland pendiri Üzünə çəkmək üçün 1 ədəd yumurta Üzünə səp
.Kartoflu gül börək 2
Ərzaqlar: 4 ədəd hazır börək yuxası 4-5 ədəd kartof 2 ədəd baş soğan 1/2 st duru yağ(qarğıdalı ya zeytun) 1 st süd 1 x.q əridilmiş kərə yağı 1
.Yağlı xəmir ilə qiyməli kökə
Ərzaqlar: Yağlı xəmir Hazır bişmiş qiymə Üzü üçün yumurta Çörəkotu Küncüt Hazırlanması: Kvadrat şəklində olan yağlı xəmiri şəkildəki kimi
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
aysel (19 noyabr 2016 19:07)
mende kesmikle edirem cox lezetli olur

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.