Gəncə paxlavası



Azərbaycanın milli şirniyyat növlərindən biridir.

(28-32 s.m-lik 2 tavalıq paxlavanın ölçüləri)

Ərzaqlar:



Xəmir üçün:

1 st qatıq

1 ədəd yumurta

1 st gülab

250 q kərə yağı

Bir çimdik duz

Aparanadək un

Yuxaları yaymaq üçün:

Əlavə un

Aralarına və üstünə tökmək üçün:

500q - 1 kq kərə yağı (aparanadək)

İç üçün:

2 kq qoz ləpəsi

2 kq şəkər tozu(Üstündən 1 st götürürük şərbət üçün)

Şərbət üçün:

1 st şəkər tozu

1/2 st gülab

1 dilim limon

Üz üçün:

Fındıq, qoz ya da badam ləpəsi

1 ədəd yumurta sarısı

Zəfəran ya da qırmızı rəng


Hazırlanması:

Unu bir qaba ələyib üstünə xəmir üçün olan bütün ərzaqları töküb yumşaq xəmir yoğururuq.



Gülab ilə şəkər tozunu bir qazana töküb şərbəti bişiririk. İçinə bir dili limon əlavə edirik



Qozu qovurub soyuduqdan sonra maşından keçirib şəkər tozu ilə qarışdırırıq.



Kərə yağını əridirik.



Yoğurduğumuz xəmiri iki yerə bölüb hər hissədən 11 kündə ( Yəni 22 kündə) hazırlayırıq. Kündənin ikisini bir az böyük, qalanlarını balaca düzəldirik.



Böyük kündədən birini göturub qalın yuxa yayırıq.



Tavanı kərə yağı ilə yağlayıb qalın yuxanı səririk. Yuxa kənarlardan üstə çıxmalıdır.



Tavaya sərdiyimiz yuxanı yağlayıb içlik tökmədən ikinci balaca kündədən yaydığımız yuxanı qoyuruq.



İkinci yuxanı yağlayıb içlikdən 1 st tökürük.



Bu qayda ilə 10-cu yuxaya qədər qatları düzəldirik.



Onuncu yuxanı da yayıb qoyub yağlayırıq. Amma içlik səpmirik.



Böyük kündəni tavanın ağzı boyda yayıb 10-cu yuxanın üstünə qoyuruq.



Yanlarını bərkidirik. Eni 4 sm olmaqla romb şəklində kəsirik.







Kəsilmiş paxlavanın üstünə ya rəng ilə yumurta sarısı qarışığı ya da zəfaran suyu ilə yumurta sarısı qarışığı çəkirik.Zövqə görə istəsəniz yumurtasız zəfəran suyu ya da yumurta sarısı da çəkə bilərsiniz. (Zəfərandən istifadə etdikdə fikir verin ki, dadı acı olanlardan olmasın. Onda paxlava yaxşı dadmayacaq. Məsləhər görərdim ki, rəngdən istifadə edəsiniz. Paxlavanın üzünün parıltılı olmağını istəyirsinizsə şərbətdən 2-3 x.q götürüb 1 x.q bal ilə qarışdırıb əridib paxlava bişib hazır olanda isti-isti üzünə çəkəsiniz.)

Sonra üstünü ləpələr ilə bəzəyirik. Biz xəmirdən də lent şəklində bəzəklər düzəldib ortasına şirni qoyub kəsilmiş paxlavanı bəzədik.





Hər rombun ortasına istədiyiniz ləpələrdən qoya bilərsiniz.





15-20 dəqiqə saxladıqdan sonra 180 dərəcə qızdırılmış sobada üzü az qızaranadək bişiririk.



Sonra çıxarıb yağ töküb yenidən sobaya qoyuruq.Çıxardıqda kəsilən yerləri bir daha kəsirik. Sonra kəsilən aralara yağı tökürük.



Üzü tamam qızardıqda sobadan çıxarıb üstünə yəni aralarına şərbəti toküb yenidən 2-3 dəqiqə sobaya qoyub götürürük.



Paxlavanı soyuduqdan sonra tavadan çıxarıb düz qablara yığırıq.



Bu qayda ilə ikinci tavada da paxlavamızı hazırlayırıq.





Nuş olsun!

OXŞAR YAZILAR
.Yağlı xəmir ilə kremli rulet
Ərzaqlar: 500 q hazır yağlı xəmir Krem üçün: 1 banka qatılaşdırılmış süd 200 q kərə yağı 1 paket vanil Bəzək üçün: Xırdalanmış ləpələr Hazırlan
.Sadə Keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st xama 2 st un+2x.q un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Yumurtanı mikserlə ça
.Qaymaqlı krem ilə ekler
Ərzaqlar: 100 q kərə yağı 1 st süd 1 st un Bir çimdik duz 4 ədəd yumurta Krem üçün: 500 q qaymaq (33%-li) 4 x.q şəkər pudrası 1 paket van
.Xamalı keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 200 qr. xama 200 qr. kərə yağı 2 st. un 1 paket vanil 1 paket qabartma tozu Hazırlanması: Şəkər
.Kəsmə kətə
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı 2 ədəd yumurta (birinin sarısı üzü üçün) 1 st əkər tozu 1 st qatıq 1 paket qabartma tozu 1 paket vanil Apara
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nurka (13 noyabr 2016 14:38)
elaaaa
Reseptaz (25 iyul 2016 10:00)
Çox sağ olun
xeyale (25 iyul 2016 00:34)
cox sagolun inşallah bişirecem bu paxlavanı.Sizde cox gözel bişirmisiz maşallah ellerinize salıx
Reseptaz (22 iyul 2016 11:53)
Salam, gülab məxsusi bir xoş tam verir.
AŞK O 117 (21 iyul 2016 20:45)
zaqatala
xeyale (21 iyul 2016 20:37)
salam gülab paxlavaya nece dad verir bilmek isderdim hec yememişem önceden tteşekkürler
Kenan (21 iyul 2016 00:25)
Kenan loxdu azerkesi yoxdu
leman (07 aprel 2016 15:49)
paxlavayaya gulab qatmagi ilk defe esidirdim
Reseptaz (29 fevral 2016 22:23)
İstəmirsiniz tökməyin. Nuş olsun.
jale (12 noyabr 2015 23:17)
Yoxsa paxlavanin ozelliyi ordadi
jale (12 noyabr 2015 23:16)
Gulabi neynese evez elemek olar? Cunki onun iyisini hemde dadini hec sevmirem.
Reseptaz (02 sentyabr 2015 22:31)
Salam. Bəli kremlərə tökülən rəngdən istifade edə bilərsiniz.nuş olsun. Təşəkkür edirik.
nazile (02 sentyabr 2015 13:31)
paxlava cox gozeldi
Leyla Memmedova (13 iyun 2015 18:03)
Salam. Size sualim: zeferan evezine sarikok tokmek olarmi? Ya da nece reng istifade edek? Adi kreme vurulan quru renglerden?
Reseptaz (15 mart 2015 23:01)
Salam. Mən də sizlərin bayramını təbrik edirəm. Sizlərə can sağlığı uzun ömür ruzi bərəkət arzulayıram. Nuş olsun.
seva (15 mart 2015 18:00)
uzerine qoyulan lepeleri beyendim ve resept.az saytina minnettarligimi bildirirem ve onun vasitecisine .qarsidan gelen novruz bayraminiz mubarek olsun?
Reseptaz (14 mart 2015 22:56)
Salam. Nuş olsun. Təşəkkür edirəm. Gəncə üsulu ilə necə bişirilir siz reseptini bilirsinizsə dəqiq yazın mən də hazırlayım qoyum.
ramil (14 mart 2015 16:00)
qeseng
Seva (13 mart 2015 23:42)
Sizdan xaiw ediram agar mumkunsa wakar buranida Ganca usulu ila yazasiz.Cox gozal izahiniz ucun Sagolun canim.
Seva (13 mart 2015 23:39)
COX SSGOLUN CANIM ALLARINIZA SSGLIX,MAN GANGALIYAM SIZIN RESEPDAN ISTIFADS ETDIM
COOOOOOOOOX RAZIYAM ailam cox bayandi Siza Tawakkur ediram Bayraminiz mubarsk
Reseptaz (13 mart 2015 21:36)
Salam
emine (09 mart 2015 21:20)
salam
Reseptaz (04 dekabr 2014 23:12)
çox sağ olun.
xeyal (25 noyabr 2014 23:29)
ela reseplerdi
xaqani (26 oktyabr 2014 12:57)
salam
Reseptaz (03 aprel 2014 22:14)
Salam. Paxlavanın üstündəki adi xəmirdən düzəlmədir. Paxlavanın yanından cıxan xəmirdən ya da az xəmir götürün əvvəldən ondan düzəldin.Xəmiri qalın yuxa kili yayın nazik lent kəsin. Sonra həmin lentdən bant şəkili düzəldib. paxlavanın ortasına qoyun. Mən ortasına mağazalarda satılan yumru zərli şirni qoymuşam. Siz nə istəsəniz qoya bilərsiniz. Təşəkkürlər.
moysum (30 mart 2014 13:24)
paxlava
laila (30 mart 2014 10:22)
xemire sud ,gulab tokmeyi unutmayin.qatiq evezine smetan elave edin.sireye hil tokun.uzerini reng ve zefaran qarisigi vurun.ekildeki paxlavanin uzerindeki bantikleri cox beyendim nece hazirlandigini gostersez yaxsi olar.tesekkur
Reseptaz (20 mart 2014 09:49)
Salam, cox sag olun, Bayraminiz mubarek olsun
Ayka (20 mart 2014 09:29)
Salam. Novruzunuz mubarek olsun.Allah sizden razi olsun. Paxlava,sekerbura reseptinden istifade etdim her ikisi de gozel alindi
Reseptaz (19 mart 2014 21:24)
Mənə bu resepti Gəncədə yaşayıb orda közdə bişirən bir xanım verib. Onun dediyi kimi də reseptini hazırlayıb qoymuşuq.Təşəkkürlər.
Ayshe (19 mart 2014 21:19)
gulabi paxlavaya iyine gore vururlar....nenemgil zeferan renginde edir..ama wekeri cox olur bilinir ele olur gecne paxlavasi ellerinize sagliq
Reseptaz (19 mart 2014 21:12)
Salam. Üzünün qızarmağını deyirsinizsə şəkildəki kimi olmalıdır.Nuş olsun.
mira (19 mart 2014 21:03)
men gurcustandan yaziram recepleriniz eladi ama paxlavanin uzerini ne bir normada qizartmaq olar???????
Reseptaz (18 mart 2014 16:35)
Salam. Şəki paxlavasını Şəkidə çəkib qoyacağıq.
elcin (18 mart 2014 15:22)
seki
Reseptaz (16 mart 2014 21:24)
Badamburanın bir resepti var sayıtımızda amma bu gün təzə bir resept qoyacağıq. Baxa bilərsiniz.
esman (16 mart 2014 21:22)
badamburanin hazirlanmasi haqda melumat vermeyinizi xaiw edirem.
Reseptaz (16 mart 2014 21:21)
Salam. Yerli yəqin hamının hazırladığı paxlavanı deyirsinizsə Paxlava adı ilə başqa reseptimiz var ora baxa bilərsiniz.Təşəkkürlər.
esman (16 mart 2014 21:18)
yerli paxlava nece hazirlanir

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.