Dovğa 2



Ərzaqlar:



3 l camış qatığı

2 ədəd yumurta

2 x.q un

1/2 st yumru düyü

2 dəstə ispanaq

2 dəstə keşniş

1 dəstə kəvər

1 dəstə kərəviz

1 dəstə şüyüd

1 dəstə nanə

Duz

(Bəzə də dağ keşnişi (çol keşnişi tökülür))


Hazırlanması:

Düyünü təmizləyib yuyub az su töküb bişməyə ocağa qoyuruq.



Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.



Qazana qatığı, yumurtanı və unu töküb setka qaşıqla çalırıq. Qatığın düyürləri qalmamalıdır. Yaxşı qarışdırıb ocağa qoyuruq.



Qaynara düşdükdə əvvəlcə bişmiş düyünü sonra göyərtini tökürük.




Zəif odda bişənədək qarışdırırıq. Hazır olanda duzunu zövqə görə töküb qarışdırıb götürürük.



Dovğamız hazırdır. ( Zövqə görə istəyənlər dovğaya noxud da tökə bilərlər)



Nuş olsun!

OXŞAR YAZILAR
.Sadə əriştə şorbası
Ərzaqlar: 2 ədəd yuxanın kəsilmiş əriştəsi 2 x.q əridilmiş kərə yağı 4-5 ədəd sarı alça qurusu Ç.q ucunda sarıkök Duz İstiot 6 st ət ya da toy
.Tərəvəzli mərci şorbası
Ərzaqlar: 1 st mərci 1 ədəd kök 1 ədəd bibər 1 ədəd kartof 2 ədəd baş soğan 1 ç.q pomidor ləti 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz İstiot
.Brokoli şorbası
Ərzaqlar: 2 balaca baş brokoli 1 ədəd baş soğan 1ədəd kartof 1 ədəd kök 2 x.q əridilmiş kərə yağı 1 ç.q un Duz Istiot 5 st su ya da ət suyu
.Kartof ilə noxud şorbası
Ərzaqlar: 1 st bişmiş qabığı soyulmuş noxud 2 ədəd kartof 2 ədəd baş soğan 2 x.q əridilmiş kərə yağı 1 x.q pomidor məti(tomat) 1 x.q un 1 ç.q qur
.Darı şorbası
Ərzaqlar: 1/2 st darı 2 ədəd baş soğan 1 x.q pomidor məti(tomat) 2 x.q əridilmiş kərə yağı 1 ç.q nanə qurusu Duz İstiot 5 st ət ya da toyuq suy
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Mətanət (31 yanvar 2017 15:30)
Salam. Gəncə dovgası belə bişirilmir. Təzə nanə, şüyüd, ispanaq, keşniş, petruşka, çöl keşnişi olsa, məcburi deyil yuyulur, qurudulur. Qatıq inək qatığı taxta qaşıqla çalınır və yaxud ələkdən keçirilir, yumurta vurulub yenə çalınır qazın üstünə qoyulur , qatıq qaynayanda göyərti tökülür. Götürülənə yaxın qıraqda bişmiş düyü tökülür.. 4 -5 dəqiqə yenə qazın üzərində bulayırıq , qoyuruq qırağa. İlıq olanda duz vururuq. Gəncə dovğasına un vurulmur. Onun əsas özəlliyi qatığının bişməsi, və düyünün qıraqda bişirilib qatılmasıdır. Məhz bu Gəncə dovğasını başqa bölgələrin dovğasından fərqləndirir. Su da vurulmur qatığa. Xalis qatıq olur. Biz im əslimiz ata tərəfim Əttarlardan , anam isə Sofuludandır. Neçə yüz illərdir yaşayırıq bu şəhərdə. Rəhmətlik anam belə bişirərdi.. Buradan bütün Gəncəlilərə salam
Leyla (21 sentyabr 2014 10:05)
Duyu vururlar.kever vurmurlar.Kisnis,Cuyut, petrusqa, nane,duyu. Qatiqada yumurta vururlar curumenesi ucun.birazda kereviz vurmaq olar.Tesekkurler.
Leyla (21 sentyabr 2014 09:51)
Salam melumatiniz ucun tesekkurler Amma genceliler dovqaya duyu ve kereviz tokmezler.
Reyhan (29 avqust 2014 11:18)
esl gence dovgasinda ne kereviz ne kever,nede mutleq camis qatigi ile hazirlanmir..unda vurulur
Emine (10 avqust 2014 14:39)
Menim ucun yemek bisirmek ayri bir zovq,amma kimise yedirtmek tam basqa zovqdur.
Emine (10 avqust 2014 14:37)
YEMEK BISIRMEK AYRI BIR ZOVQ,AMMA KIMISE YEDIRTMEK TAM BASQA ZOVQDUR.
renarin (01 iyul 2014 13:42)
esl genceliler dovgaya ne kereviz nede un tökmezler. çölkişnişi mütleq tökerik.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.