Gecə Gündüz Tortu



Ərzaqlar:



400 q xama

2 st un

2 st şəkər tozu

4 ədəd yumurta

2 paket qabartma tozu

1 paket vanil

2 x.q kakao

Krem üçün:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1 x.q. kakao


Hazırlanması:

Yumurtanın ağını köpüklənənə qədər mikserlə çalırıq.



Şəkər tozunu az-az tökərək mikserlə çalırıq.



Yumurtanın sarısını qarışığa əlavə edib çalırıq.



Xamanı əlavə edib çalırıq.



Vanili töküb çalırıq. Unu az-az tökərək mikserlə (aşağı sürətlə) çalırıq. Qabartma tozunu da əlavə edib çalırıq.



Xəmiri bərabər iki hissəyə ayırıb bir hissəsinə kakao əlavə edib qarışdırırıq.



Qabı yağlayıb veya kağız sərib kakaosuz xəmiri tökürük.



Sobanı 180 dərəcədə isidib 30 dəqiqə bişiririk.



Kakaolu xəmiri də eyni qayda ilə bişiririk.





Biskvitlər tam soyuduqdan sonra hər ikisini də yarıya bölürük.



Kremi hazırlamaq üçün yumsaq kərə yağını ağaranadək çalırıq. Sonra qatılaşdırılmış südü əlavə edib bərkiyənədək çalırıq. Kremimiz hazırdır.



Kremi yarıya bölüb yarısına 1 x.q kakao əlavə edib qarışdırırıq.



Biskvitləri ardıcıl olaraq aralarını kremləyərək üst üstə yığırıq. Üstünün və yanının yarısını kakaolu digər yarısını kakaosuz kremlə kremləyirik.



Zövqə görə üstünü kremlə bəzəyirik.



Son bəzəklər balaca qızımın əsəridir.



Nuş olsun!


OXŞAR YAZILAR
.Şokaladlı çizkek (cheesecake) 2
Ərzaqlar: 400 q labnə pendiri 1 paket krem qaymaq 1 st şəkər tozu 3 x.q nişasta 4 ədəd yumurta 1 paket vanil 185 q qrabiyə 125 q kərə yağı
.Kəsmikli çizkek
Ərzaqlar: 600 qr əla növ pəhriz kəsmiyi 5 ədəd yumurta 1 st şəkər tozu 1 paket 20 faizli qaymaq ( 5 x.q sos üçün) 3 x.q nişasta 1 paket vanil 1
.Sadə keks 2
Ərzaqlar: 3 ədəd yumurta 1 st. şəkər tozu 1 st. süd ½ st. duru yağ 1 paket vanil 1 paket qabartma tozu 2,5 st. un Hazırlanması: Yumurta ilə
.Şokolad kremli keks
Ərzaqlar: 3 ədəd yumurta 1 st şəkər tozu 1 st süd ½ st duru yağ 3 x.q şokolad kremi (şokolad yağı) 25 q kakao 1paket qabartma tozu 1 paket van
.Kokoslu limonlu keks
Ərzaqlar: 4 ədəd yumurta 1 st şəkər tozu 1/2 st süd 1/2 st duru yağ 1/2 st kokos 1 ədəd limon 1paket qabartma tozu 1 paket vanil 2,5 st un
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (02 may 2016 20:57)
salam, xeyir sade olur
lale (02 may 2016 18:24)
Xanim salam coox xaiw edirem deyerdiniz zgwonka qaynadilmiw olmalidi????onceden tewekkur sag olun gozel resseltlernize gore
Reseptaz (14 mart 2016 22:51)
Təşəkker edirik.
Leyla (11 mart 2016 21:46)
lamiye (06 mart 2016 20:18)
ela
Tehmine (16 oktyabr 2015 21:25)
Salam coxlu sirniyat reseptleri isteyirem mumukinse yazarsiniz zehmet olmasa
Tehmine (16 oktyabr 2015 21:22)
Sirniyatlar
Reseptaz (11 iyun 2015 09:22)
cox sag olun, tesekkurler
aysel (10 iyun 2015 20:03)
cox gozeldi tesekkur edirik ressept az qizinizida allah saxlasin
Reseptaz (05 may 2015 21:48)
Salam. Yaxşı olar ki xama olsun. Nuş olsun.
sabina (23 aprel 2015 11:28)
Salam, gozel resepte gore tewekkur. Evde hal hazirda xama yoxdu, onun evezine yagli qatiq elave etdem alinar?
Reseptaz (12 aprel 2015 01:53)
salam,cox sag olun. nush olsun.
gunay (11 aprel 2015 14:32)
salam. Ellerınıze saglıq. Ela gorsenır. Men evdarlıq kıtabında oxumusdum sehv elemıremse bıskvıtıne qatılasdırılmıs sud tokulur. eger ele reseptını bılırsızse paylasardız zehmet olmasa.
elnare (10 aprel 2015 12:18)
Salam.....sizin sayenizde bu tortu bisirdim,yoldasiminda cox xosuna geldi.... Sizde, qizinizda gozel reseptlere gore cox sag olun :))....mende sebrsizlikle qizimi gozleyirem :))
Reseptaz (04 aprel 2015 00:35)
salam, tesekkurler, sirniyyat bolmemizde xeyli sayda tort resepti var..
saide (03 aprel 2015 13:39)
salam.Cox gozel alindi tort en acix sekilde resepteri yazan sayidi.bawqa tort resepteri yazsaniz sevinerem
Reseptaz (25 yanvar 2015 22:06)
Təşıkkürlər.
lamiye.2@mailru (25 yanvar 2015 10:44)
bu gozeldirrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Reseptaz (10 yanvar 2015 23:33)
Təşəkkürlər.
aynure (10 yanvar 2015 19:13)
coxela
Reseptaz (07 yanvar 2015 21:47)
Çox sağ olun. Nuş olsun.
SMZM (07 yanvar 2015 20:07)
Salam,hazirladim yaxsi alindi,tesekkur edirem bu qeder izahli yazdiginiz ucun
Reseptaz (15 dekabr 2014 22:43)
Salam. Reseptdəki kimi hazırlasanız yaxşı olar. Biskviti sovasan tam bişməmiş çıxarmayın. Nuş olsun.
Ramile (14 dekabr 2014 22:15)
Evvelce onu qeyd edim ki, reseptleri sizden aydin yazan sayt yoxdu. Cox sirniyyaari hazirlamisam. Yaxsi alinib.Amma bu tortun kekslerinin ici yaxsi bismedi. Dediyiniz kimi etdim. Acmadim sobanin agzini da. Kudryaj tortunu cox qeseng vusitmeyime baxmayaraq bu yaxsi alinmadi. Bir de ki, bu reseptdeki terkibi evvelceden ikiye bolub iki keks bisirmek olar
Reseptaz (19 avqust 2014 08:52)
Təşəkkür edirik.Nuş olsun.
xanim (18 avqust 2014 18:07)
super suoer super tesekkurler reseptaz cox gozel alindi esl alinma tortunun dadini verdi basqaq reseptleriniz varsa xahis edirem qoyarsiniz hamiya bu tortu bisirmayi meslehet gorurem
Reseptaz (17 avqust 2014 19:50)
Nuş olsun. Üç qulaq dediyiniz kokə hal hazrda saytımızda yoxdur. İstəyinizi nəzərə alacağıq.
Deniz (07 avqust 2014 10:03)
hm leziz gorunur
Zehra (25 iyul 2014 06:51)
namm namm lezzetli gorsenir bisirecem
sevinc (28 iyun 2014 17:22)
Xahis edirem qozlu ucqulaq kokesini yollayin reseptin burdaki ucqulaq deyil o baskadi
sevinc (28 iyun 2014 17:21)
Ucqulaq kokesi
Reseptaz (20 iyun 2014 09:17)
nush olsun.
konul (20 iyun 2014 03:15)
Cox saoLun eLedm ela alindi
konul (20 iyun 2014 03:14)
konul
Reseptaz (07 aprel 2014 22:23)
Çox sağ olun.
zerife (07 aprel 2014 18:20)
Butun reseptleri aydin yazdiginuza gore size minetdaram
Reseptaz (12 mart 2014 22:52)
Çox sağ olun.
natalya (11 mart 2014 16:57)
Gozel tortdur resept icin tesekkurler
Reseptaz (22 yanvar 2014 11:07)
26-28 sm
zulfiyye (21 yanvar 2014 17:24)
Neçə sm-lik diametrli sinidə(tofka qabı) bişiririk?

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.