Fisincan plov



Fisincan plov Azərbaycanın milli plov növlərindən biridir.

Ərzaqlar:



3 st düyü

500 q toyuq əti

2 st çəkilmiş qoz

2 ədəd baş soğan

4 x.q əridilmiş kərə yağı

1,5 st abqora (abqora əvəzinə su ilə limon duzu qarışığından istifadə edə bilərsiniz)

Zövqə görə çox turş olmasın deyə 1 ç.q şəkər tozu tökə bilərsiniz.

Duz

Istiot

Zəfəran ya da sarıkök

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta


Hazırlanması:

Toyuq ətini təmizləyib yuyub duzlu suda yarıhazır bişiririk.



Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.



Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.



Sonra sudan toyuq ətlərini çıxarıb qovrulmuş soğanın üstünə töküb qızardırıq. Hazır olana yaxın zövqə görə duz və istiotunu tökürük.



Çuğun tava götürürük. Tavaya abqora suyunu tökürük.



Su qaynamağa başlayanda çəkilmiş qozu əlavə edib qarışdırırıq.



Qarışığın qaynadıqca rəngi dəyişəcək tündləşəcək. 3-5 dəqiqə kimi qarışdırırıq. Sonra qovrulmuş soğanla toyuq ətini bura əlavə edib qarışdırırıq. Duz və istəyə görə çox turş olsa şəkər tozunu əlavə edirik. 2-3 dəqiqə qarışdırıb sonra bulyondan az töküb vam odda 1 saat bişiririk.



Adi qaydada düyünü bişirib süzürük.



Yumurtanı qatıqla çalıb qazanın dibinə tökürük.

Düyü ilə qarışdırıb qalınlığı 1 sm olan qazmağı düzəldirik.



Qalan düyünü qazmağın üstünə tökürük. Üstünə yağ əlavə edib plovu vam odda dəm almağa qoyuruq.



Plov 1 saata dəm alacaq. Hazır plovu bir qaba çəkib qaynar yağ töküb üstünü qazmaqla bəzəyirik.



Hazırladığımız fisincanı başqa qaba töküb düyünün yanında süfrəyə veririk.





Nuş olsun!


OXŞAR YAZILAR
.Yumşaq ət kotleti
Ərzaqlar: 500 q çəkilmiş ət 1 ədəd baş soğan 4 x.q suxarı ½ st su 2 x.q duru yağ 1/3 limon suyu Duz İstiot Ç.q ucunda sarıkök 1 ç.q nan
.Toyuq kotleti
Ərzaqlar: 500 q toyuğun döş əti 100 qr quyruq 1 ədəd baş soğan 3 x.q suxarı 1/3 st su 1 x.q duru yağ Ç.q ucunda sarıkök Duz İstiot Qızartma
.Kiyev kotleti 2
Ərzaqlar: 600 q toyuğun döş əti 100 q kərə yağı Duz İstiot 2 ədəd yumurta 5-6 x.q un 8-9 x.q suxarı Qızartmağa duru yağ Hazırlanması:
.Qovurmalı əriştə plovu
Ərzaqlar: 500 q xırda doğranmış quzu əti 100-150 q quyruq 2 ədəd yuxanın əriştəsi 3 st düyü 4 ədəd baş soğan 4 x.q əridilmiş kərə yağı Duz İst
.Tənbəl mantısı
Ərzaqlar: (4 nəfər üçün) Xəmir üçün: 3 st un 1 st su 1 ədəd yumurta 1 ç.q duz Yuxaları yaymaq üçün əlavə un İçlik üçün: 250 q çəkilmiş ət
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Reseptaz (13 dekabr 2016 09:16)
Salam, supermarketlərdə tapmaq olur.
Jale (12 dekabr 2016 14:19)
Salam.abqora adi marketlerde sayilirdi?
Nemiw (09 may 2015 16:09)
super gorunur
Reseptaz (09 may 2015 12:16)
nus olsun..
Nilay Əlizadə (09 may 2015 11:39)
Salam super reseptdi. Mütləq sınayacam...
Reseptaz (29 dekabr 2014 23:35)
İstəyirsiniz qiranı azaldın ya da şəkər tizunu artırın. Nuş olsun.
Aynur (25 dekabr 2014 20:45)
Men de biwirdim.dadlidi.nus olsun.ama biraz cox turs olur.belke qorasin az vuraq.cunki seker tozu da komek elemir.ama plovnan qeseng gedir
Reseptaz (24 noyabr 2014 20:19)
nuş olsun.
Aysel (21 noyabr 2014 10:26)
Biwirdim hami beyendi. Coox tewekkur size.
Reseptaz (28 mart 2014 22:51)
Salam. Sayıtımızda paxlava resepti var ordan baxa bilərsiniz.Təşəkkürlər.
Təhminə (25 fevral 2014 16:38)
Paxlavanın hazırlanma qaydası
Reseptaz (18 fevral 2014 21:56)
Salam. Xoş sözlərə görə təşəkkür edirəm.Çox sağ olun.
Aysel (18 fevral 2014 18:25)
maraqli dadli ve qeseng lezzetli reseptler hazirlaya bilirem isteyen yazsin mailime
Rena (18 fevral 2014 12:37)
Men de serh yazmaya bilmedim.cox sag olun bu qeder sade ve gozel basha salirsiniz her sheyi.yeni aile quranlar ucun lap eladir.
GUNEL (18 fevral 2014 11:21)
Bu saytin yaradicisina cooooooooxxxxx tesekkur edirem.sayenizde gozel yemekler bisiririrmm. Ellerinize saqliq

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.