Firni



Azərbaycanın milli xörək növlərindən biridir.

Ərzaqlar:



(5-6 nəfərlik)

6 st süd

1/2 st yumru düyü

4 x.q şəkər tozu

50 q kərə yağı

1 x.q darçın


Hazırlanması:

Təmiz yumru düyünü maşında üyüdüb, un halına salırıq. İstəsəniz düyünü 2 saat suda saxlayıb, sonra qurudub, çəkə də bilərsiniz. Düyünü nə qədər yusanız o qədər də nişastası gedir.





Qazana südü, çəkilmiş düyünü, yağı və şəkər tozunu  töküb, qarışdırırıq və qazın üstünə qoyuruq.



Dayanmadan asta qarışdırırıq. Süd qatılaşıb, qaynamağa başlayanda 5 dəqiqə qarışdırıb, götürürük.



Firni hazır olan kimi isti-isti boşqablara tökürük. Zövqə görə darçınla üstünü bəzəyirik.



Nuş olsun!

OXŞAR YAZILAR
.Kakaolu biskvit 2
Ərzaqlar: 5 ədəd yumurta 1 st başından 2 x.q az un 2 x.q kakao 1 st şəkər tozu 1 paket qabartma tozu 1 paket vanil Hazırlanması: Yumurtanın a
.Portağallı çızkek
Ərzaqlar: 150 q qurabiyə 100 q kərə yağı İçlik üçün: 400 q labinə pendir 3 ədəd yumurta 1 paket qaymaq ½ st şəkər tozu 1x.q un 1x.q nişasta
.Qozlu qurabiyə 2
Ərzaqlar: 200 q yumşaq kərə yağı 1 st qoz ləpəsi 2-3 ədəd yumurta 1 st pudra şəkər 1 paket qabartma tozu 1 paket vanil Un aparanadək Haz
.Kəsmikli piroq 2
Ərzaqlar: Xəmir üçün: 200 q kərə yağı ½ st şəkər tozu 2 ədəd yumurta sarısı 2 st un 1 paket qabartma tozu 1 paket vanil İçlik üçün: 600
.Şokolad kremli banan pirojnası
Ərzaqlar: 4 x.q nutella 200 q xama 200 q karə yağı 1 paket qabartma tozu 50q qoz ləpəsi Un aparanadək Hazırlanması: Qoz ləpəsini doğrayıb
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Aytekin (17 oktyabr 2016 17:40)
Yasda deyende ki, qara bayraminda veren verir firnini amma normalda da kim isdese biwire biler
Afsana (06 sentyabr 2015 09:53)
Salam.qaynanam Gencelidi firni bisirende demisdi ki,firni Gencede yas meclislerinde verilir ve basqa yerlerde as nece vacibdise Gencede de firni eleymis gulabla hazirlayirlar Genceliler firnini.
Bahar Əlizadə (07 may 2015 21:41)
Salam düz deyirsiz hər yerin öz adət-ənənəsi var... Sağlıqla......
Reseptaz (07 may 2015 19:46)
Salam. Hər yerin bir adət ənənəsi var. Nuş olsun.
Nilay Əlizadə (06 may 2015 21:55)
Salam nənəm bizə firnini ən çox iftarda bişirirdi. Biz isə öz növbəmizdə üzərinə öz baş həriflərimizi yazırdıq....... :) :D ;) Amma eşitməmişəm ki firnini yasda bişirirlər :DDDDD
Reseptaz (22 mart 2015 23:51)
Salam. Birinci dəfədi eşidirəm ki firnini yaslarda bişirirler.
Nilufer (21 mart 2015 11:10)
ela. en cox yaslarda bisirilier

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.