Evin yığışdırılması və təmizliyi

Çox sadə görünən bu məsələ əslində çox dərin bir mövzudur. Hər gün yaşadığımız mühitlərin detalları gözmüzə çarpmır. İllər boyunca içində yaşadığımız bir evi əzbərə tanıyırıq. Məsələn düşünürük ki, masanın yeri oradır. Masa həqiqətən ordadır. Amma daha nə qədər orda qalacaq? Gəlin açıq danışaq. Hamımız evimizdə istifadə etmədiyimiz və istifadə etməyəcəyimiz nə qədər çox əşyanın olduğunu bilirik.

Nə vaxt aldığımızı və hansı alətin olduğunu çoxdan unutduğumuz adapterlər, uzadıcı kabellər, köhnəlmiş saç sancaqları, artıq geyilməyən paltarlar, son istifadə tarixi keçmiçş dərmanlar, qoxusunu itirmiş, lakin şüşəsi gözəldir deyə ata bilmədiyimiz ətirlər...

Bu siyahını çox uzatmaq olar. Hamımızın evində bu artıq əşyalar mövcuddur.

Onlara öyrəşdiyimiz üçün gözümüzə çarpmırlar. Amma bu artıq əşyalar evdə yığılmağa davam edir. Çoxaldıqca da mənfi nəticələrə gətirib çıxarırlar. Köhnələrdən azad ola bilmədiyimiz üçün, həyatımızda yeni yer aça bilmirik. Bir məsəl var, "köhnəsi olmayanın, təzəsi heç olmaz". Bu məsələ ürəkdən etiraz edirəm. Sahib olduqlarımızın qiymətini bilmək və səliqəli stifadə etmək başqa bir şeydir, ömür boyunca onların əsiri olmaq isə başqa bir şey. Evlərimizi sadəcə istifadə elədiyimiz əşyalarla və istifadə etməyi sevdiyimiz əşyalarla bəzəsək, tez-tez havalandıraraq otaqlara oksigen girməsini təmin etsək, həm fiziki, həm də mənəvi cəhətdən çox sağlam olarıq. Ev təmizliyi təxirə salınmaz bir məsələdir. Evin təmizliyi, bədənin təmizliyi, vicdanın təmizliyi...

Evimizi yığışdırdıqdan sonra meydana gələn təmizlik hissi üçün çoxumuz darıxmışıq. Dağınıq daxıllar, dolu divar şkafları, neçənci illərdən qalma, dəbdən çıxmış paltarlar,  xoşagəlməz anları xatırladan şəkillər...bütün bunlar sizin üçün artıq yükdür. Hər gün özünüz də bilmədən bu yükləri daşıyırsız. Qırılmış və təmir olunmağı gözləyən heykəlciklər, şəkil çərçivələri sizin enerjinizi oğurlayır. Onları ya dərhal təmir etməlisiz, ya da onlardan canınızı qurtarmalısız. Uşağınızın körpəlikdə oynatdığı oyuncaqları saxlamaq heç də həssaslığın əlaməti deyil. Sadəcə gözəl keçmişlə, bizi nə gözlədiyindən xəbərimiz olmayan gələcəklə müqayisədir. Gəlin unutmayaq ki, qorxduğumuz başımıza gəlir. Odur ki, qorxmaq əvəzinə problemlərə sinə gəlmək daha doğru bir davranışdır. Yığa-yığa toz mənbəyinə çevridyimiz o artıq əşyalardan qurtulmağı qarşımıza məqsəd qoymalıyıq. Evinizdəki bütün əşyaları gözdən keçirin. Hansını neçə vaxtdır istifadə etmədiyinizi xatırlamağa çalışın. Xatırlamırsızsa, ya da çoxdandır istifadə etmədiyinizi düşünürsüzsə, dərhal onları ehtiyacı olan birinə verin. Beləcə həm onları sevindirmiş olarsız, həm də eviniz təmizlənər. Köhnə evlər vardır, qaranlıq və tutqun. Köhnəlik qoxusu saçarlar. Bunun səbəbi keçmişdən və keçmişə aid əşyalardan qurtulmamaqdır. Həyatımızı belə bir mənzərəyə çevirməyək.

OXŞAR YAZILAR
.Süfrəni necə açmaq lazımdır?
Gözəl açılmış süfrə xüsusi əhvali-ruhiyyə oyadır. Buna nail olmaq üçün bəzi məsləhətləri sizinlə bölüşürük. Hər qonağa böyük bir boşqab qoyun. Süfrə ləva
Ev işlərinizi asanlaşdıracaq praktiki məsləhətlər
Ev işlərini necə görmək lazımdır? Evinizdə həyatınızı asanlaşdıracaq praktiki və çox asan məsləhətləri öyrənmək istəyərdiz? Budur həyatınızı asanlaşdıracaq p
Evdəki havanı təmizləyən bitkilər
Evinizdə havanı təmizləmək üçün çoxlu bitkilər saxlayın. Evinizi bitkilərlə dekorasiya etsəniz, onlar sizə evinizdəki arzuolunmaz toksinlərdən (zəhərli maddələr
.Ev dekorasiyasında rənglərin dili
Seçdiyimiz divar kağızının rəngi ruhumuza təsir edir... Dekoratorların fikrincə, hər rəngin uyğun gəldiyi mühit və verdiyi enerji  fərqlidir. - İsti və şö
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
nermin (27 sentyabr 2015 15:20)
cox cetin meseledi.men ekizler burcuyem.her weyden tez bezirem.tez tez deyiwikler edirem evde.esas da metbexde.gunum demek olar ki coxunu orda kecirdirem.caliwiram ki gozumu yoran hec bir wey olmasin ortaliqda.her weyi yigiram wkaflara.
Esma (27 sentyabr 2015 13:00)
Coox sevdiyim sayt
lamiye (12 sentyabr 2015 19:07)
COX YAXSI FIKIRDIR
Klesar (13 may 2015 16:50)
Salam.Neden cvb yazmadnz?(
Klesar (10 may 2015 20:15)
Vaooo...en hessas oldugum ve sevdyim movzu..bizm evmzde ise bu movzuyla elaqeli mubahiseler olur)))men gozmu ve konlumu yoran en esasi lazmsz bldyim bu turlu ewyalardan qurtulmagi bacaran biriyem:)tebii ki kenardan mudaxile olmasa)).Tewekkurler.. Ancaq daha hessas oldgum blrsiz nedii xowagelmez cetn geden milcek batrmalari..xahiw edrem bu movzuda kimlern bir bilgisi varsa paylawardz menmle..evvelceden tewekkur ederim:)
Reseptaz (19 mart 2015 23:56)
Çox sağ olun.
Esmannur (18 mart 2015 08:33)
Cox tşk edirem eladı
ayan (12 noyabr 2014 15:55)
men ev yiqiwdira bilmirem hec
Reseptaz (21 avqust 2014 18:30)
Təşəkkür edirik.
Parvin (08 may 2014 12:44)
Cox maraqli
Reseptaz (28 mart 2014 22:25)
Salam. Bəziləri təmizləyir bəziləri yox.Alanda öyrənmək lazımdır.Bəzi bitkilər isə alergiyası olanlara pis təsir edir. Onu da nəzərə almaq lazımdır. Ən əsası hər bitkiyə necə qulluq olunduğunu bilməliyik.Təşəkkürlər.
aysel (28 mart 2014 18:21)
Haminin evinde yeqinki bitkiler var.Bu bitkiler evinizdeki havani temizleyir.

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.