Evdəki havanı təmizləyən bitkilər

Evinizdə havanı təmizləmək üçün çoxlu bitkilər saxlayın. Evinizi bitkilərlə dekorasiya etsəniz, onlar sizə evinizdəki arzuolunmaz toksinlərdən (zəhərli maddələrdən) qurtulmağa kömək edəcək.

Çoxlarımız elə bilirik ki, evimizdəki hava təmizdir. Havada formaldehid, benzol və trixloretilen kimi bəzi kimyəvi maddələr mövcuddur. Mütəxəssislər bütün bu kimyəvi maddələrin birləşərək insanlarda allergik simptomlar əmələ gətirə biləcəyini bildirirlər.

Bəzi bitkilər bu kimi zərərli maddələri havadan soraraq udurlar. Yarpaqları havanı nəmləndirir, kökləri isə kimyəvi maddələri və virusları özünə çəkir. NASA-da aparılan bir araşdırma nəticəsində, Areka Palması bir otağın içindəki formaldehid maddəsini 4 saat içində təmizləyib.

Mütəxəssislər bu cür təmizləmə işini həyata keçirmək üçün otaqda ən az 3-4 bitki saxlamaq lazım olduğunu bildirirlər. Ayıdöşəyi (qıjı), yaşıl yarpaqlı bitkilət və palma növləri ən yaxşı hava təmizləyici bitkilər hesab olunur.


OXŞAR YAZILAR
.Süfrəni necə açmaq lazımdır?
Gözəl açılmış süfrə xüsusi əhvali-ruhiyyə oyadır. Buna nail olmaq üçün bəzi məsləhətləri sizinlə bölüşürük. Hər qonağa böyük bir boşqab qoyun. Süfrə ləva
Ev işlərinizi asanlaşdıracaq praktiki məsləhətlər
Ev işlərini necə görmək lazımdır? Evinizdə həyatınızı asanlaşdıracaq praktiki və çox asan məsləhətləri öyrənmək istəyərdiz? Budur həyatınızı asanlaşdıracaq p
.Evin yığışdırılması və təmizliyi
Çox sadə görünən bu məsələ əslində çox dərin bir mövzudur. Hər gün yaşadığımız mühitlərin detalları gözmüzə çarpmır. İllər boyunca içində yaşadığımız bir evi əz
.Ev dekorasiyasında rənglərin dili
Seçdiyimiz divar kağızının rəngi ruhumuza təsir edir... Dekoratorların fikrincə, hər rəngin uyğun gəldiyi mühit və verdiyi enerji  fərqlidir. - İsti və şö
Şərh yaz
Adınız:
Email: saytda görsənməyəcək
Mətn
Kod gizli kod Yenilə
Kodu yaz

Şərhlər
Gulu (15 fevral 2015 14:35)
cox sevirem gulleri.umumiyyetle yasilliqi sevirem.evdede heyetdede varimdi.ve onlari cox sevirem.twk-ler
Reseptaz (21 avqust 2014 18:30)
Təşəkkür edirik.
aynur (26 oktyabr 2013 12:19)
ela meslehetlerdi cox sagolun

Bu saytdakı bütün reseptlər və üzərində resept.az logosu olan bütün şəkillər resept.az-a məxsusdur və heç bir halda izinsiz olaraq istifade edilə bilməz. Əlaqə üçün: reseptaz@yahoo.com adresinə müraciət edin.